Rusiya komandaları yenə oynamayacaq, xeyrini bu ölkələr görəcək SİYAHI
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Rusiya klubları və milli komandası böyük ehtimalla, 2025/2026 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Teleqraf “Football Meets Data” statistik platformasına istinadən xəbər verir ki, Rusiyanın kənarlaşdırılmasından bir neçə ölkənin komandası faydalanacaq.
Kipr və Macarıstan çempionları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən II-yə, Danimarka kubokunun sahibi Avropa Liqasının I təsnifat mərhələsindən II-yə keçəcək.
Bosniya və Herseqovina, Lixtenşteyn, İrlandiya, Şimali İrlandiya, İslandiya, Lüksemburq və Litva kubokunun sahibləri Konfrans Liqasının I təsnifat mərhələsindən II-yə adlayacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüzdən sonra Rusiya millisi və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Baxış sayı:69
Bu xəbər 21 Aprel 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















