Icma.az
close
up
RU
Rusiya Luqansk və Donetskdə irəliləyir Putin buna görə tələsir

Rusiya Luqansk və Donetskdə irəliləyir Putin buna görə tələsir

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Rusiya-Ukrayna cəbhəsində son günlərdə vəziyyət kəskinləşib.

Yenisabah.az xəbər verir ki, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərində yeni əraziləri nəzarətə götürmək üçün genişmiqyaslı hücumlara başlayıb.

Hərbi-siyasi müşahidəçilər bu hücumların ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə verdiyi 50 günlük müddətlə birbaşa əlaqəli olduğunu bildirirlər. Onların fikrincə, Kreml Trampın “sülh üçün son şansı” kimi təqdim etdiyi bu müddəti cəbhədə mövqelərini möhkəmləndirmək, daha çox torpaq ələ keçirmək və mümkün razılaşmalarda üstün tərəf olmaq üçün fürsət kimi dəyərləndirir. Dördpendirli pizza

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Luqansk vilayətinin Kremenka meşəsi istiqamətində iki gün ərzində təxminən 10 hektar ərazi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Hərbi müşahidəçilər bu hücumların lokal xarakter daşısa da, Moskvanın strateji niyyətlərini ortaya qoyduğunu vurğulayırlar.

Donetsk vilayətində də vəziyyət kritik olaraq qalır. Rusiya ordusu Pokrovsk və Maliivka istiqamətində irəlilədiyini bəyan edib.

Ukrayna tərəfi bu kəndlərin işğal olunduğunu rədd etsə də, prezident Volodimir Zelenski bu bölgələrdə vəziyyətin ağır olduğunu, şiddətli döyüşlərin davam etdiyini təsdiqləyib.

Seversk istiqamətində isə Rusiya qüvvələri şəhərə 900 metrədək yaxınlaşıb və yeni ağac zolaqları ələ keçirilib.

Eyni zamanda, Rusiya Silahlı Qüvvələri 24–28 iyul tarixlərində Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Dnipro, Sumi və Xarkova yüzlərlə kamikadze dron və raketlərlə hücumlar həyata keçirib.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri bildirir ki, Rusiya bu dövrdə 300-dən çox “Şahid” dronu, “İskəndər-M” və “X-59” tipli raketlərdən istifadə edib. Nəticədə çoxmərtəbəli yaşayış binaları, infrastruktur obyektləri dağıdılıb, onlarla insan yaralanıb. Kiyevdə zərbələr zamanı 8 nəfər, o cümlədən azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Bütün bu gərginliyin fonunda ABŞ prezidenti Donald Trampın Putinə qarşı irəli sürdüyü 50 günlük ultimatum beynəlxalq gündəmin əsas mövzularından biridir.

Dünən isə Tramp bildirib ki, Putinə verdiyi bu müddəti qısaldır. Çünki Rusiya bundan istifadə edərək, cəbhədə aqressivləşib və bütün gücü ilə müharibəni daha da qızışdırıb. O deyib ki, Rusiya qısaldılmış yeni zaman ərzində Ukraynadakı hücumları dayandırmasa, Vaşinqton daha sərt addımlar atacaq. Donald Trampın fikrincə, bu, müharibənin qarşısını almaq və sülh prosesinə yeni nəfəs vermək üçün son şansdır.

Ukrayna prezidenti Volodimir Zelenski də Trampın bu mövqeyini və zamanı qısaltmasını alqışlayaraq yazıb:

“ABŞ prezidentinin aydın mövqeyi və nümayiş etdirdiyi qətiyyət məhz vaxtında oldu. Bu, sülhün bərpası naminə atılmış vacib addımdır”.

Bəzi ekspertlər hesab edirlər ki, Rusiya bu xəbərdarlığı ciddiyə alır və Trampın verdiyi vaxtın sonuna yaxın hərbi əməliyyatları zəiflədə, atəşkəsə hazır olduğunu nümayiş etdirə bilər. Lakin hazırda müşahidə olunan vəziyyət əksinə – Moskvanın Trampın təyin etdiyi son tarixə qədər mümkün qədər ərazi əldə etməyə çalışdığını göstərir.

Beləliklə, cəbhədəki gərginliyin əsas səbəblərindən biri kimi ABŞ-ın yeni administrasiyasının sərt mövqeyi və Putinə ayrılmış vaxt məhdudiyyəti göstərilir. Moskva bu vaxtı sülhə deyil, hərbi üstünlüyə çevirmək üçün istifadə edir. (musavat.com)


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri