Rusiya Müdafiə Nazirliyi: Ukraynadan buraxılan 100 dən çox PUA məhv edilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Moskva, 6 may, AZƏRTAC
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynanın 105 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, Bryansk vilayəti üzərində 32, Voronejdə 22, Penzada 10, Kaluqada 9, Belqorodda 6, Lipetsk və Samarada 2, Vladimir, Kursk və Rostovda 1 ədəd PUA vurulub.
Moskva meri Sergey Sobyanin 19 PUA-nın paytaxta hücum etdiyini bildirib. Pilotsuz aparatlardan birinin qalıqları Kaşirskoye şosesinə düşüb. O qeyd edib ki, ilkin məlumata görə, ciddi dağıntı və tələfat yoxdur.
Hücum nəticəsində Moskva hava limanlarında və digər şəhərlərdəki aeroportlarda uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















