Rusiya Odessa və İzmail limanlarına zərbələr endirdi
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa və İzmail limanlarına zərbələr endirildiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda hücumların Ukrayna ordusunun istifadə etdiyi liman və gəmilərə qarşı həyata keçirildiyi bildirilib.
Məlumata görə, Odessa limanında patrul katerinin və yanacaq anbarlarının, İzmail limanında isə hərbi yük daşıyan gəmilərin boşaldılması üçün istifadə olunan terminalın hədəf alındığı qeyd edilib.
Rusiya tərəfi həmçinin Qərb istehsalı silahların yerləşdirildiyi hangarların və pilotsuz dəniz aparatlarının saxlanıldığı anbarların vurulduğunu bildirib. Hücumların pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi qeyd olunub.
Açıqlamaya görə, Odessa şəhərində yerləşən "Nova Poçta” logistika mərkəzi və Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar da hücuma məruz qalıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında zərbələrin nəticələri barədə əlavə məlumat verilməyib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 17 Avqust 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















