Icma.az
close
up
RU
Rusiya ordusunun canlı qüvvəsi tükənir Putin səfərbərliyə gedəcək?

Rusiya ordusunun canlı qüvvəsi tükənir Putin səfərbərliyə gedəcək?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bloomberg” agentliyi Avropa hökumətlərinin qiymətləndirmələrinə istinadla məlumat yayıb ki, son həftələr Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı kəskin şəkildə artıb və bu dinamika Kremlin itkiləri genişmiqyaslı səfərbərlik olmadan kompensasiya etməsini çətinləşdirə bilər. Təkcə dekabr ayında Rusiya ordusunun itkiləri təxminən 35 min nəfər təşkil edib. Ukrayna tərəfi bu artımı əsasən döyüş meydanında pilotsuz uçuş aparatlarının daha effektiv və sistemli şəkildə tətbiqi ilə izah edir.

Analitiklərə görə, bu vəziyyət Kremlin qarşısında ciddi seçim yaradır: ya itkiləri kompensasiya etmək üçün yeni səfərbərlik dalğasına getmək, ya da cəbhə xəttində əməliyyat intensivliyini azaltmaq. Hər iki ssenari isə daxili siyasi və sosial risklər daşıyır. Avropa paytaxtlarında hesab edirlər ki, insan resursları baxımından artan təzyiq Moskvanın həm hərbi, həm də diplomatik manevr imkanlarını məhdudlaşdırır.

Belə vəziyyətdə Putin səfərbərliyə gedərmi?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Moskva üçün bu sual artıq “gedərmi?” yox, “necə və nə vaxt?” mərhələsinə yaxınlaşıb, müharibə uzanacaqsa hərbi səfərbərlik qərarı verilməsi qaçılmazdır:

“Səfərbərlik ehtimalı yüksəlir. Ona görə ki, canlı itkilərin tempi hər ay artır. Təkcə dekabrda 35 min nəfərin müharibədə həlak olması Rusiya üçün ciddi rəqəmdir. Artıq könüllülər və müqaviləli əsgərlər də itkilər nəticəsində yaranan boşluğu tam doldurmur. Cəbhəni genişləndirmək də bir tərəfdən Rusiyanın işini çətinləşdirir. Çünki bu qədər genişlənmiş cəbhədə mövqeləri saxlamaq üçün canlı qüvvə lazımdır. Bundan başqa müharibədə məlumdur ki, hücumda olan tərəf daha çox canlı itkiyə məruz qalır. Rusiyanın hücum əməliyyatları hərbçilərinin kütləvi itkisini daha da böyüdüb”.

Ekspertin sözlərinə görə, rus ordusunun bu cür ağır vəziyyətlə üz-üzə qalmasına baxmayaraq Putinin hələ də səfərbərlik məsələsində tərəddüd etməsinin səbəbləri var:

“Bu qərarın xalqda böyük narazılıq yaradacağı şübhəsizdir. Putinin hələ ki, səfərbərlik qərarı imzalaması ilk növbədə buna görədir. 2022-ci ilin qismən səfərbərliyi cəmiyyətdə şok və narazılıq yaratmışdı. 4 ildən və “qalib Rusiyadır” bəyanatlarnı mütəmadi yedirtdikdən sonra tam səfərbərlik qərarının verilməsi hakimiyyətə qarşı narazılığı genişləndirə və xalqda, hakimiyyətin içində “demək Ukrayna qarşısında aciz və məğlub duruma düşmüşük” rəyini formalaşdıra bilər. Tam səfərbərlik ölkədə bütün sahələrə təsirini göstərəcək. Bu ehtimalın yüksək olması da Putini çəkindirir. Ona görə də hələ ki, rəsmi elan olunmamış “Gizli səfərbərlik” taktikasını davam etdirirlər. Müqaviləli əsgərlərə maddi stimulların artırılması, regionlar üzərindən səssiz kontingent toplama, həbsxanalardan hərbiyə canlı resurs cəlbi kimi addımlar atılır. Ancaq bu cür addımlar da bir yerə qədər vəziyyəti idarə edə bilər. Bu imkanlar da tükənəcək və tam səfərbərlik qərarı verməkdən başqa çıxış yolu qalmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri