Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Rusiya prezidentinin köməkçisinin Qarabağ səhv i hansı reallıqdan qaynaqlanır? Kaspi nin ŞƏRHİ

Rusiya prezidentinin köməkçisinin Qarabağ səhv i hansı reallıqdan qaynaqlanır? Kaspi nin ŞƏRHİ

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin ölkəsinin Ukraynada ilhaq etdiyi ərazilərlə Azərbaycanın Qarabağ bölgəsi arasında paralellər aparması narazılıq yaratdı. Onun Qarabağı "mübahisəli ərazi" kimi qələmə verməsini adi halda müxtəlif prizmalardan yozmaq olardı. Məsələn, Rusiya XİN-nin açıqlamasında olduğu kimi, "fikirləri kontekstdən çıxarılıb". Ancaq həm Bakıda, həm də Moskvanın özündə hamı yaxşı anlayır ki, Medinski çapda məmurlar verdikləri bəyanatlarda nəyinsə kontekstdən çıxarılması üçün "əl yeri" qoymurlar. Rusiyada Medinskinin söylədiyi fikirləri "texniki səhv" də hesab edə bilərlər, "kontekstdən çıxarma" da. Bizə isə iki əsrlik tarixi yaddaşımız, ələlxüsus da son 30 ilin təcrübəsi başqa şey deyir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Medinski Kremlin hansı qülləsini təmsil edir?

Moskvanın xarici siyasəti, ələlxüsus da postsovet məkanının dövlətlərinə münasibəti şərh olunarkən bəzi hallarda belə bir yanlış mənzərə formalaşdırılır ki, guya Rusiyanın hakim dairələrində sözügedən problemlərə dair fərqli mövqelər var. Siyasi ekspertlər tez-tez "Kremlin qüllələri" ifadəsindən istifadə edirlər. Bu ifadənin mənası belə bir anlama gəlir: hər hansı xarici siyasət probleminə Rusiya hökumətinin daxilində müxtəlif yanaşmalar var. Məsələn, vaxtilə deyilirdi ki, indi Bakıda mühakimə olunan Ruben Vardanyanı Qarabağa Moskvadakı "müəyyən qüvvələr" ezam ediblər və bu, Kremlin rəsmi siyasətinə aid olmayan məsələdir. Nə qədər inandırıcıdır? Hər halda sonrakı hadisələr göstərdi ki, bu, olduqca yanlış qənaətdir və Vardanyanın Azərbaycan ərazisində peyda olması, rəsmi Bakının ünvanına hədə-qorxu məzmunlu bəyanatlar səsləndirməsi Rusiyanın İkinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlardakı siyasətinin tərkib hissəsidir. Bölgədəki mövcudluğu qoruyub saxlamaq üçün Rusiya "sülhməramlı" kontingentinin missiyası nədən ibarət idisə, Vardanyanın da qarşısına qoyulmuş vəzifə onun eynisi idi.

Bu baxımdan, Medinskini də bu "qüllə"lərdən birinin təmsilçisi kimi təqdim etmək inandırıcı deyil və hətta mənasızdır.

Ermənilərdən çox erməni olan bəzi Rusiya məmurları

Medinskinin "kontekstdən çıxarılan" fikirləri son yarım il ərzində Moskvanın Azərbaycana münasibətdə sərgilədiyi siyasət müstəvisində xüsusilə aqressiv təəssürat yaradır. Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması, günahkarların yaxşı məlum olmasına baxmayaraq, hələ də cəzalandırılmamaları, kompensasiyanın ödənilməməsi belə demək mümkündürsə, mövcud gərginliyin əsas trendləridir. Ancaq vəziyyətə bir qədər dərindən baxanda aydın görünür ki, Medinskinin söylədikləri yalnız münasibətlərdəki son sərinlikdən irəli gəlmir. Prezident köməkçisinin Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsi Moskvada Azərbaycanın torpaq bütövlüyünə münasibətdə mövcud olan kursun göstəricisidir. Unutmayaq ki, Rusiya rəsmiləri indinin özündə də sülhməramlıların Qarabağı tərk etməsini, o cümlədən Ermənistana lazımi xarici siyasət dəstəyinin göstərilməməsini (əslində, göstərə bilməməsini) İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə izah edirlər. Yəni özünüz Qarabağı Azərbaycanın ərazisi kimi tanımısınız, biz nə edə bilərdik?!

İndi Medinski və onun kimilərinin zaman-zaman belə qıcıq doğuran bəyanatlar səsləndirmələri həmin ümumi yanaşmanın detallarıdır ki, tələskənlikdən, yaxud elə planlı şəkildə ictimailəşdirilir. Bu onun göstəricisidir ki, Rusiyanın Qarabağı əldən verməsinin həzm edilməməsinin nəzəri tərəfləri üzərində iş gedir, praktiki məsələlər isə gələcək mərhələlərə saxlanılır. Ancaq hərdən büruzə də verilir. Məsələn, bir neçə ay bundan öncə Moskva Dövlət Universitetində yeni "Qafqazşünaslıq" kursları başlayıb. Belə baxanda, qeyri-adi heç nə yoxdur. Ancaq kursda əsas istiqamətin "ermənişünaslıq" olduğunu nəzərə alsaq, müəyyən nəticələrə gələ bilərik. Bu o deməkdir ki, Moskvada nəzəri platformada Qafqaza münasibətdə istinad yenə də ermənilərə və Ermənistana edilir. Siyasət faktiki olaraq heç bir dəyişikliyə uğramayıb, hazırkı reallığa situativ mərhələ kimi baxılır ki, Medinskinin bəyanatı da məhz bu prizmadan şərh edilməlidir.

Azərbaycan özünü təsdiqləmiş müstəqil geosiyasi aktordur

Təbii ki, Moskva kimi dünyanın istənilən paytaxtında Qafqaza, Azərbaycana münasibətdə hansısa plan və niyyətlər ola bilər. Ancaq unudulmamalıdır ki, Azərbaycan da 30 il əvvəlin Azərbaycanı deyil. Bu gün Azərbaycanın bərpa edilmiş sərhədləri və suverenliyi, qalib ordusu və şaxələnmiş xarici siyasəti, müttəfiqləri, qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi var. Azərbaycan formalaşmış, özünü dünya arenasında təsdiqləmiş müstəqil geosiyasi aktordur. Rəsmi Bakının bu statusunu möhkəmləndirən faktorlardan ən vacibi onun qonşuları və müttəfiqləri ilə mövcud olan və sənədlərlə təsdiqlənən sabit münasibətləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see178

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri