Rusiya PUA ları Rumıniyanın hava məkanını pozdu
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Rumıniyanın radiolokasiya sistemləri Rusiyanın Ukraynaya gecə hücumu zamanı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu qeydə alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, pilotsuz uçuş aparatı ilə əlaqə sərhədyanı Kiliya-Veke kəndi yaxınlığında itib.
Nazirlik Rusiyanın hərəkətlərini pisləyib və Rumıniyanın müttəfiq dövlətlərlə mütəmadi qaydada koordinasiyada olduğunu bəyan edib.
"Biz Rusiya Federasiyasının regional təhlükəsizliyi təhdid edən və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozan addımlarını qətiyyətlə pisləyirik. Milli Müdafiə Nazirliyi müttəfiq strukturlarla koordinasiyanı davam etdirir, hadisələri izləyir və Rumıniya ərazisinin və əhalisinin müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır", - nazirlikdən qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 17 Aprel 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















