Icma.az
close
up
RU
Rusiya qəzadan iki gün sonra bəzi məqamları açıqladı

Rusiya qəzadan iki gün sonra bəzi məqamları açıqladı

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya tərəfi Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk dəfə bəzi məqamları açıqlayıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, qəzadan iki gün sonra Rusiya, nəhayət ki, təyyarənin zədələndiyi Qroznı hava məkanında həmin vaxt müşahidə olunmuş vəziyyətə aydınlıq gətirib.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - “Rosaviasya”nın rəhbəri Dmitri Yadrov danışıb.
Dmitri Yadrov bildirib ki, həmin gün və həmin saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çox ağır olub.
“Həmin vaxt Ukraynanın döyüş PUA-ları Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal uzaqlaşdırılmasını nəzərdə tutan “Xalça” rejimi tətbiq edilib.
Bundan əlavə, Qroznı hava limanı ərazisində qatı duman olub. 500 metr hündürlükdə heç bir görüntü mümkün olmayıb.
Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki dəfə cəhd edib, lakin hər iki cəhd uğursuz olub. Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına getmək qərarına gəlib.
Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var. “Embraer” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib. Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır.
Biz həmkarlarımızla birgə işə tam hazırıq”, - deyə “Rosaviasya” rəhbəri vurğulayıb.
“Rosaviasya” rəhbərinin açıqlamasında bir çox nüanslar diqqət çəkir.
Diqqət çəkən ilk məqam həmin vaxt Qroznıya dron hücumunun olmasının açıqlanmasıdır. Məlum olduğu kimi, Rusiya tərəfi dekabrın 25-də səhər saatlarında Qroznıya PUA hücumunun olması barədə rəsmi məlumat açıqlamayıb, bunu ilk dəfədir, deyir. “Rosaviasiya”nın rəhbəri bu açıqlaması ilə etiraf edir ki, Azərbaycan təyyarəsi Qroznı səmasında olanda hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarını zərərsizləşdirmək üçün işə salınıb.
 

“Rosaviasiya”nın rəhbəri həmin vaxt Qroznı səmasında “Xalça” rejiminin tətbiq olunduğunu bildirir. Halbuki dekabrın 25-də Rusiya PUA hücumu və “Xalça” rejiminin tətbiqi barədə rəsmi məlumat açıqlamayıb. PUA hücumu barədə ayrı-ayrı media resurslarında, sosial şəbəkələrdə məlumatlar yayılıb. Lakin maraqlıdır ki, həmin məlumatlar sonradan bəzi media resurslarından çıxarılıb.


Görünür, Rusiya həmin vaxt PUA-lara qarşı hava hücumundan müdafiə sistemlərinin işə salınması faktını gizlətmək məqsədi güdüb. Çünki Azərbaycan təyyarəsinin məhz yerdən atılmış raketin partlaması nəticəsində ayrılan qəlpələrdən zədələnməsi və davamında qəzanın baş verməsi ehtimalı əsas səbəb kimi qəbul edilir.
Diqqət çəkən digər məqam isə Azərbaycan təyyarəsinin pilotuna eniş üçün başqa aeroportların təklif edilməsi barədə deyilənlərdir. Dmitri Yadrov belə bir təklifin olduğunu desə də, konkret hansı hava limanlarından söhbət getdiyini açıqlamır, onların adını çəkmir. Yaxşı olar ki, cənab Yadrov dediklərinin həqiqiliyi sübuta yetirmək üçün sübutlar təqdim etsin. Dispetçerlərlə pilotun danışığının səs yazısının yayılması sübutlardan biri ola bilər.
Səs yazısını yaymaqla, dispetçerlərlə pilot arasında həmin an baş tutmuş danışıqlar bir çox mətləbləri üzə çıxarardı.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri