Icma.az
close
up
RU
RUSİYA SƏFİRİ XİN ə ÇAĞIRILDI Rəsmi Bakıdan moskvaya etiraz

RUSİYA SƏFİRİ XİN ə ÇAĞIRILDI Rəsmi Bakıdan moskvaya etiraz

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb:

"27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb".

Həmçinin Azərbaycanın Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyi bir daha diqqətə çatdırılıb: "Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib".

Görüş zamanı Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib: “Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub".

Baş tutan görüşdə ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu xüsusi qeyd edilib: "Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb".

Görüşdə həmçinin son 4-5 ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib: "Beləliklə, Rusiya Federasiyasının yuxarıda sadalanan hərəkətlərinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu, əlavə gərginliyin yaranmasına səbəb olduğu və ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi səfirin diqqətinə çatdırılıb. Rusiya tərəfi, ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhval-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 İyul 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri