Icma.az
close
up
RU
Rusiya səfirliyi İranın daxili işinə qarışıb diplomatik missiyannın anti qərbçilərə “ayı xidməti”

Rusiya səfirliyi İranın daxili işinə qarışıb diplomatik missiyannın anti qərbçilərə “ayı xidməti”

Icma.az bildirir, Report.az portalına istinadən.

Rusiyanın Tehrandakı səfirliyi İranın strateji məsələlər üzrə vitse-prezidentin Məhmməd Cavad Zərifə qarşı kəmfürsətlik edib.

"Report"un məlumatına görə, bu barədə “Mehr” agentliyinin “Tarixi düzgün oxuyun; Zərifin çıxışı, Rusiya səfirliyinin cavabı və vəziyyətin reallığı” başlığı altında yayılan məqalədən bu nəticəyə gəlmək olar.

Yazıda bildirilib ki, İran şimal qonşusu ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir: “Ancaq İranın daxili işlərinə müdaxilə və ya ölkənin rəsmi şəxslərinə qarşı təhqir qəbuledilməzdir”.

Müəlliflər yazıb ki, İran dünyanın qaynar nöqtəsində, kommunikasiya qovşağı və karbohidrogen ehtiyatlarının mərkəzi olması səbəbindən həmişə ABŞ, Böyük Britaniya və Rusiya üçün maraq doğurub: “Son zamanlarda Məhəmməd Cavad Zərifin İran Siyasi Elmlər Assosiasiyasının illik konfransında uzunmüddətli ittifaqlar və koalisiyalar dövrünün sonu ilə bağlı ötən ilki bəyanatlarının yenidən dərc edilməsi, həmçinin Rusiyanın ABŞ-yə Avropada müdafiə sahəsində əməkdaşlıq təklifini nümunə gətirməsi Rusiya səfirliyini məsələyə tələsik yanaşmağa və strateji məsələlər üzrə vitse-prezidentə qarşı mətn dərc etməyə, onu "yalan" və "nəzakətsizlik"də ittiham etməyə vadar edib”.

Rusiya səfirliyi Zərifə qarşı niyə belə təbliğat hücumu edib?

Məhmməd Cavad Zərif

Məlumdur ki, İranın keçmiş xarici işlər naziri və indiki vitse-prezidenti ABŞ-də təhsil alıb. Övladları da o ölkənin vətəndaşlarıdır. Eyni zamanda o, Qərblə, xüsusən Ştatlarla danışıqların tərəfdarlarındandır. Təsadüfi deyil ki, 2015-ci ilin yayında İranla ABŞ başda olmaqla Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı.

Onda həmin danışıqları aparan nümayəndə heyətinə Zərif başçılıq edib. Düzdür, Donald Tramp ABŞ-yə prezidentliyinin birinci dövnəmində, 2016-cıə ilin mayında bu müqavilədən çıxdı, İrana qarşı sanksiyaları sərtləşdirdi. Bununla belə həmin müqaviləni Zərifin apardğı danışıqların uğuru kimi də dəyərləndirmək olar.

Son günlər vitse-prezidentə ABŞ başda olmaqla qərblə danışıqlarla bağlı etdiyi çıxış və təkliflərə görə ölkəsində müxtəlif səviyyədə hücumlar edilir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf belə Zərifi tənqid edərək, onu milli maraqlara qarşı çıxış etməkdə günahlandırmışdı.

İranla ABŞ-nin yaxınlaşması, hətta danışıqlar belə aparması Rusiyanın maraqlarına uyğun deyil, yaxud sərfəli sayılmır. Çünki belə yaxınlaşma perspektivdə Tehran-Moskva tərəfdaşlığını laxlamasına səbəb ola bilər. Bu baxımdan səfirlik yaranmış vəziyyətdən sui-istifadə edərək Zərifə qarşı təbliğat aparmaqla həm də Qərblə İslam Respublikası arasında yaxınlaşmaya qarşı öz “məhsulunu” verir.

Qeyd edək ki, Rusiyanın İrandakı səfirliyi Zərifin keçən il "Rusiya ABŞ ilə Avropada müttəfiqdir" ifadəsi olan çıxışını gözənilmədən yenidən dərc edib və bunu Rusiyaya qarşı qarayaxma kimi qiymətləndirib.

Rusiyanın Tehrandakı diplomatik missiyası bununla İrandakı anti-zərifçilərə, Qərblə əlaqələrin qurulmasına qarşı olanlara pas ötürür. Ancaq bu yarınmaq cəhdi deyəsən, alınmayıb. Əksinə, səfirliyin belə xidməti Rusiyanın İranın daxili işlərinə qarışmaq kimi dəyərləndirilib. Bu da ənənəvi “ayı xidməti”dir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri