Icma.az
close
up
RU
Rusiya siyasi proseslərə açıq müdaxilə edir? KONKRET

Rusiya siyasi proseslərə açıq müdaxilə edir? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş prezidentlərə, Robert Köçəryan və Serj Sarkisyana ünvanladığı debat çağırışı qonşu ölkədə siyasi temperaturu daha da yüksəldib. Analitiklər hesab edirlər ki, bu çağırış təkcə daxili siyasətdə gərginliyin artdığını deyil, həm də Moskvanın İrəvanda baş verən proseslərə birbaşa təsirini göstərir.

Bəs, Nikol Paşinyanın keçmiş prezidentləri debat çağırışına çıxması Ermənistanın daxili siyasi mübarizəsinin hansı mərhələyə çatdığını göstərir?

Siyasi şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, Rusiya artıq açıq şəkildə Ermənistanda keçiriləcək seçkilərin arxitekturasına müdaxilə edir və keçmiş hakimiyyəti yenidən siyasi səhnəyə qaytarmağa çalışır:

“Rusiya bu prosesdə başda Robert Köçəryan olmaqla keçmiş rəhbərliyi önə çıxarır. Eyni zamanda, Serj Sarkisyan da fəallaşıb. Maraqlıdır ki, Bakıda keçirilən məhkəmə proseslərində hər iki şəxsin adı müharibə cinayətlərində hallanır və onların separatçılar tərəfindən Azərbaycana təhvil verilməsi tələbi səsləndirilir.”

Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan və Ermənistan hakimiyyətləri arasında sülh prosesi fonunda əməkdaşlığın genişlənməsi bu iki keçmiş prezidentlə bağlı konkret addımların atılmasını gündəmə gətirə bilər:

“Düşünürəm ki, sülhə zərər verə biləcək amillər aradan qaldırıldıqca, Köçəryan və Sarkisyanla bağlı hüquqi tədbirlərin görülməsinin vaxtı artıq yetişib.”

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri