Icma.az
close
up
RU
Rusiya soydaşlarımıza qarşı təzyiqləri və KİV də aparılan düşmənçilik təbliğatını dayandırmalıdır

Rusiya soydaşlarımıza qarşı təzyiqləri və KİV də aparılan düşmənçilik təbliğatını dayandırmalıdır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna-Rusiya müharibəsində fonunda Rusiya Ukraynada Azərbaycana məxsus obyektləri vurur. Səfirliyimizə dəyən zərər, SOCAR-ın bazaları… Bunlar Rusiya tərəfindən Azərbaycana qarşı qəsdən törədilmiş kimi qəbul edilməlidir. Çünki elə ötən ilin sonundan Rusiya ilə Azərbaycan arasında gərginlik artan xəttlə davam edir. Rusiyanın Azərbaycana olan aqressiyası müttəfiqlik qaydalarına zidd davranışın əsaslı nümunəsidir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya silahlı qüvvələrinin Kiyevdəki Azərbaycan səfirliyinin binasını hədəf alması əvvəlcədən planlaşdırılmış hadisədir və daha əvvəl də dəfələrlə SOCAR-a məxsus obyektlər vurulmuşdu. Deputat hesab edir ki, bütün bunlar geosiyasi xarakter daşıyır və Ermənistanla Azərbaycan arasında əldə olunan sülh razılaşmaları ilə bağlıdır.

Nəsib Məhəməliyev

“Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən Vaşinqton görüşünün nəticələri şimal qonşumuz üçün “soyuq duş” effekti yaratdı. Rəsmi Moskva bunu gözləmirdi və başa düşdü ki, Cənubi Qafqazda təsir imkanları azalmaqdadır”-deyə Nəsib Məhəməliyev bildirib.

"Rusiya Azərbaycanla necə müttəfiqdir?" sualına cavab olaraq Nəsib Məhəməliyev qeyd edib ki, bu suala birmənalı cavab vermək mümkün deyil.

“Hüquqi baxımdan iki ölkə arasında strateji müttəfiqlik haqqında müqavilə imzalanıb. Lakin, son ayların hadisələri fonunda, xüsusilə məlum təyyarə faciəsindən sonra, Rusiyanın davranışlarını, orada yaşayan soydaşlarımıza qarşı təzyiqləri, ştatlı propaqandistləri tərəfindən anti-Azərbaycan təbliğatını qətiyyən müttəfiqlik, qonşuluq münasibətlərinə aid etmək olmaz”-deyən Nəsib Məhəməliyev bildirib ki, bütün bunlar olduqca xoşagəlməz hadisələrdir və sonunun necə olacağı daha çox Rusiyadan asılıdır.

Deputat vurğulayıb ki, Azərbaycan post-sovet ölkələri arasında stabil siyasət aparan, qonşularının geosiyasi, geoiqtisadi milli maraqlarına hər zaman hörmətlə yanaşan ölkədir və qonşularından da adekvat münasibət gözləmək haqqına malikdir.

“Rusiya ilkin addımları atmalı, təyyarə məsələsini beynəlxalq hüquq çərçivəsində həll etməli, soydaşlarımıza qarşı təzyiqləri, kütləvi informasiya vasitələrində düşmənçilik təbliğatını dayandırmalıdır. Düşünürəm ki, sağlam fikir qalib gələcək, münasibətlər qaydasına düşəcək. Digər yol, konfrontasiyadır və qlobal müharibə ilə nəticələnə bilər”-deyə Nəsib Məhəməliyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri