Icma.az
close
up
RU
Rusiya Azərbaycana qarşı təzyiqləri artırır: Enerji siyasəti də hədəfdə

Rusiya Azərbaycana qarşı təzyiqləri artırır: Enerji siyasəti də hədəfdə

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan gərginlik daha açıq və sistemli xarakter almağa başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiya mediasında Azərbaycana qarşı səsləndirilən təxribat xarakterli bəyanatlar fonunda baş verən son hərbi-siyasi hadisələr Moskvanın Bakı ilə əlaqələrə münasibətində neqativ dönüşün göstəricisidir.

Avqustun 6-da Rusiyanın Ukrayna ərazisində, Azərbaycanın qaz nəql etdiyi infrastruktur obyektinə zərbə endirməsi artıq diqqətdən qaçmadı. Hədəf olan stansiyanın Azərbaycan qazının Ukraynaya ötürülməsində istifadə edildiyi nəzərə alınarsa, bu zərbənin yalnız Ukraynaya yox, eyni zamanda Bakıya ünvanlandığı ehtimalı ortaya çıxır. Bu ehtimalı Rusiya mediasında çıxış edən rusiyalı aparıcı Ruslan Ostaşkonun “zərbə Bakıya siqnaldır” açıqlaması da təsdiqləyir.

Rusiya belə bir həssas məqamda enerji diplomatiyasını da alətə çevirərək, Cənubi Qafqazda nüfuzunu bərpa etməyə çalışır. Azərbaycanın isə Avropa İttifaqı ilə qaz sahəsində əməkdaşlığını genişləndirdiyi, enerji ixracını ildən-ilə artırdığı bir şəraitdə Moskvanın bu narahatlığı başadüşüləndir. Lakin narahatlıqla yanaşı atılan bu addım beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir.

Hadisənin vaxtlaması da təsadüfi deyil. Hazırda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı intensiv danışıqlar aparılır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan bu diplomatik proses Cənubi Qafqazın gələcəyinə dair konturların Vaşinqtonda cızıldığını göstərir. Belə bir məqamda Rusiyanın Azərbaycana dolayısı təzyiqlər göstərməsi, həm enerji marşrutlarına zərbə endirməsi, həm də media vasitəsilə təhdid mesajları yayması bu prosesə qarşı geosiyasi etiraz kimi də yozula bilər.

Azərbaycan isə indiki mərhələdə diqqətini Vaşinqtondakı razılaşmalara yönəldib. Rəsmi Bakı üçün prioritet məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı sabitliyin təmin olunmasıdır. Lakin bu, o demək deyil ki, Rusiyanın atdığı addımlar cavabsız qalacaq. Yaxın günlərdə Azərbaycanın diplomatik və siyasi kanallarla Moskvanın bu davranışına münasibət bildirməsi gözlənilir.

Azərbaycan müstəqil enerji siyasətindən geri çəkilməyəcək. Bakı həm Avropa ilə enerji əməkdaşlığını dərinləşdirəcək, həm də beynəlxalq hüquqa söykənən mövqeyini müdafiə etməyə davam edəcək. Rusiya isə bu cür addımları ilə sadəcə regiondakı təcridini daha da sürətləndirmiş olur.

Ruslan Zəngəzur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri