Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

“Rusiya SSRİ nin dağılmasından sonra eyni imperial sindromu yaşayır” “Buyursunlar, nüvə silahını paylasınlar...”

“Rusiya SSRİ nin dağılmasından sonra eyni imperial sindromu yaşayır” “Buyursunlar, nüvə silahını paylasınlar...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Rusiyada vaxtaşırı gündəmə gətirilən “SSRİ-nin bərpası” diskursunu şərh edərək bildirib ki, bu mövzu post-sovet məkanına qorxu siqnalı göndərmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu dəfə Rusiyada SSRİ-nin düzgün şəkildə dağılmadığı və hüquqi baxımdan hələ də mövcud olduğu ilə bağlı müzakirələr aparılır. Hətta bu məqsədlə Sankt-Peterburqda – 25 ildir Moskvada hakimiyyəti əlində saxlayan qrupun “alma mater”ində – xüsusi hüquq forumu təşkil olunub.

Məmmədov qeyd edib ki, bu cür informasiyalar post-sovet ölkələrində qorxu yaratmağa hesablanmış informasiya atışlarıdır. Əsas mesaj ondan ibarətdir ki, Rusiya “Avrasiya İqtisadi İttifaqı” və “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” kimi layihələrlə kifayətlənməyib daha irəli gedə bilər.

O, bildirib: “Rusiyada fərqli düşünmək və davranmaq bacarığı yoxdur – bu, onların klassik yanaşmasıdır”.

Ekspert Rusiya elmi dairələrinin keçmiş SSRİ ölkələrinə hələ də zəif, öz identikliyini axtaran, daxili çəkişmələr və böhranlarla üzləşmiş dövlətlər kimi baxdığını bildirir. Bu yanaşma həmin ölkələri “qüsurlu dövlətlər” kimi təqdim etmək məqsədi daşıyır.

Lakin politoloq vurğulayıb ki, imperiyaların dağılmasından sonra bu cür proseslər təbiidir və Rusiya da bu qaydadan kənarda deyil: “Bu, tarixi aksiomadır. Rusiyada mərkəzdənqaçma meyilləri olmayıb? Çeçenistan müharibəsini xatırlayaq. Bəs Rusiya qonşuları ilə ərazi mübahisələrindən azaddır? Ukraynaya müdaxilə və təkrarlanan “torpaqları birləşdirmək” ritorikası bunun əksini deyir. Orada siyasi böhranlar olmayıb? 1993-cü ildə parlamentin tanklarla dağıdılması və ya Priqojinin üsyanı və Moskvaya yürüşü necə? Rusiya iqtisadi böhranlardan sığortalanıb? 1990-cı illərin defoltları və 'qara bazar ertələri' hələ də yaddaşlardadır. Rusiya cəmiyyətində sabit milli identiklik formalaşıbmı? Məsələn, Qafqaz bölgəsində yaşayanlar – onlar ruslardır, yoxsa sadəcə Rusiya vətəndaşlarıdır? Etnik və dövlət kimliyi arasında balans tapılıbmı?”

Politoloq əlavə edib ki, Rusiyada dövlət bayramları ilə bağlı belə qeyri-müəyyənlik yaşanır: “12 iyun nə bayramıdır? SSRİ-dən suverenliyin elan olunduğu gündür, yoxsa nəsə başqa? 4 noyabr isə ümumiyyətlə necə bayramdır? Rusiya vətəndaşlarının əksəriyyəti bu günün konkret adını və hansı günün əvəzinə təsis olunduğunu bilmir. Halbuki bu tarix yalnız 2004-cü ildə, 7 noyabr – Oktyabr inqilabının ildönümünün əvəzinə təsis edilib”.

Fərhad Məmmədov vurğulayıb ki, 17-ci əsrə edilən istinadlar, 18-ci əsrdəki ərazi iddiaları və 21-ci əsrdə sovetçiliyin təbliği – bütün bunlar milli identiklik axtarışlarının göstəricisidir: “Bu axtarış daim dəyişən bir prosesdir və dövlətin qarşısına qoyduğu məqsədlərdən asılı olaraq müxtəlif nəticələr doğura bilər – bəzən uğur, bəzən isə fəlakət”.

O, həmçinin əlavə edib ki, Rusiyada Şimali Qafqazın “daxili xaric” kimi adlandırılması da bu identiklik böhranının təzahürüdür.

Politoloqun fikrincə, bu təhlilin məqsədi Rusiya barədə inciklik və ya ittiham formalaşdırmaq deyil. Əsas ideya ondan ibarətdir ki, imperiyaların dağılmasından sonra yaşanan bu proseslər bütün post-imperiya məkanlarında baş verir və Rusiya bu baxımdan istisna deyil.

Fərhad Məmmədov əlavə edib ki, Rusiya SSRİ-nin hüquqi varisi statusunu daşıyır – BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlük və nüvə silahlarının qorunması bu statusun nəticəsidir. Lakin onun fikrincə, bu statusun hüquqi əsasları mübahisəlidir: “Əgər SSRİ-nin dağılması qeyri-qanunidirsə, o zaman Rusiyanın BMT-də daimi yerə sahiblənməsi də mübahisəlidir. Əgər bu fikirdə israrlıdırırlarsa, buyursunlar, BMT Təhlükəsizlik Şurasındakı yeri də geri qaytarsınlar və nüvə silahını SSRİ dağılan zamandakı olan coğrafiyaya paylasınlar”.

Rasim Əliyev
“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 May 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri