Rusiya sülhməramlılar barədə ideyanı rədd etdi
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi ideyasına qarşıdır.
Metbuat.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov belə açıqlama verib. O bildirib ki, avropalılar Ukrayna məsələsində neytral deyil və bu səbəbdən onların qüvvələri bölgəyə yerləşə bilməz. Onun sözlərinə görə, sülhməramlılar neytral olmalıdır. Diplomat bəyan edib ki, əvvəlcə sazişin əsas parametrləri hazırlanmalı ardınca onun həyata keçirilməsi mexanizmi müzakirə olunmalıdır. Diplomat Avropa ölkələrinin tərsinə iş gördüyünü ifadə edib.
Qeyd edək ki, Böyük Britaniya və Fransa münaqişə başa çatdıqdan sonra Ukraynaya birgə sülhməramlı qüvvələr göndərilməsini irəli sürüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Mart 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















