Icma.az
close
up
RU
Rusiya təhlükəsinə qarşı: 4 ölkədən birgə addım

Rusiya təhlükəsinə qarşı: 4 ölkədən birgə addım

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NATO üzvləri Polşa, Litva, Latviya və Estoniya Rusiyadan artan hərbi təhlükə fonunda piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətindədir. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə dörd ölkənin müdafiə nazirlərinin martın 18-də dərc olunmuş birgə bəyanatında deyilir. 

“Politico” nəşri yazır ki, “Rusiya və Belarusla həmsərhəd olan NATO-ya üzv dövlətlər üçün hərbi təhdidlər xeyli artıb”,- deyə Baltikyanı ölkələr və Polşa bildirib. Müdafiə nazirləri hesab edirlər ki, hazırkı şəraitdə öz ölkələrinin silahlı qüvvələrinə yeni silah sistemlərinin ehtimal olunan istifadəsi zamanı çeviklik və seçim azadlığı vermək, eləcə də alyansın həssas şərq cinahının müdafiəsini gücləndirmək üçün qərar qəbul etmək son dərəcə vacibdir. Qeyd edək ki, piyada əleyhinə minaların istifadəsini, toplanmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Müqaviləsi 1997-ci ildə Rusiya istisna olmaqla 160-dan çox ölkə tərəfindən ratifikasiya edilib. 

Nəşr yazır ki, konvensiya Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən artan təzyiqlərə məruz qalıb. Nazirlərin birgə bəyanatda açıqladığı tövsiyə onların dövlətlərinin konvensiyadan çıxmasını ehtimal edir. Bu addım Polşaya və üç Baltikyanı dövlətə yenidən piyada əleyhinə minaların toplanılmasına başlamaq imkanı verəcək. “Bu qərarla biz aydın siqnal göndəririk: ölkələrimiz təhlükəsizlik ehtiyaclarımızı qorumaq üçün bütün lazımi tədbirlərdən istifadə etməyə hazırdır və qadirdir”, - sənəddə belə deyilir. 

“Reuters”in məlumatına görə, Litvanın konvensiyadan çıxması ilə bağlı ayrıca bəyanatı ölkənin müdafiə naziri Dovile Sakaliene verib. Onun sözlərinə görə, planlaşdırılmış çıxış regionun sərhədlərinin effektiv mühafizəsini təmin etmək üçün lazımdır. Bundan başqa, dekabr ayında NATO-ya yeni qoşulan Finlandiya da Rusiyanın Ukraynada piyada əleyhinə minalardan istifadə etməsi ilə bağlı sazişdən çıxmağı nəzərdən keçirdiyini bildirib. Lakin Finlandiya sözügedən bəyanatı imzalamayıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri