Icma.az
close
up
RU
Rusiya təyyarənin vurulmasını Bakıya qarşı kart kimi saxlayır Analitik

Rusiya təyyarənin vurulmasını Bakıya qarşı kart kimi saxlayır Analitik

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub. Həmçinin aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədi ilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb.

Aviasiya qəzalarının araşdırılmasının prioritet olduğunu qeyd edən ICAO nümayəndələri bu sahədə Azərbaycanın müvafiq dəstəyinin zəruriliyini bildiriblər. Tərəflər mülki aviasiya uçuşlarının bütün təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə aviasiya və uçuşların təhlükəsizliyi istiqamətləri üzrə tənzimləmənin təkmilləşdirilməsi, habelə effektiv dövlət nəzarətinin həyata keçirilməsini dəstəkləmək və ICAO-nun standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə təlim proqramlarının həyata keçirilməsinin vacibliyi bildirilib. Bundan əlavə, müxtəlif sahələr üzrə ICAO tərəfindən texniki yardım proqramları çərçivəsində təyin olunan ekspertlərin iştirakı ilə potensialın gücləndirilməsi sahəsində tərəfdaşlığa xüsusi diqqət yetirilməsi barəsində razılığa gəlinib. ICAO-nun Bacarıqların İnkişafı və İcra Bürosu (CDI) vasitəsilə ikitərəfli əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Tərəflər ICAO ilə Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Respublikasının operatorları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq standartların qlobal miqyasda tətbiqində ICAO ilə birgə fəaliyyətin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.


Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, əslində, Azərbaycanın beynəlxalq mülki aviasiya təşkilatı ilə Azal təyyarəsinin vurulması məsələsini müzakirə etməsi və qəzanın araşdırılması ilə bağlı mövqe bildirməsi tamamilə başadüşüləndir:


"Bu, hadisənin ədalətli şəkildə qiymətləndirilməsi ilə bağlı haqlı tələbdir. Burada texniki bir məsələ var: beynəlxalq aviasiya qaydalarına görə, istənilən mülki təyyarə qəzası baş verdikdən sonra təxminən 24-25 gün ərzində – yəni bir ay olmadan – ilkin araşdırmanın nəticələri açıqlanmalıdır. Azal təyyarəsinin vurulması ilə bağlı araşdırmalar aparılsa da, bu günə qədər ilkin versiyalar tam açıqlanmayıb. Bu da məsələnin mübahisəli qalmasına səbəb olur. Beynəlxalq mülki aviasiya təşkilatının məsələni gündəmdə saxlaması da bununla bağlıdır. Azərbaycan bu hadisənin obyektiv araşdırılmasını tələb edir və bu, beynəlxalq hüquqa əsaslanan bir yanaşmadır. Hazırda Azərbaycanın ata biləcəyi əsas addım məsələni beynəlxalq ictimaiyyətin gündəminə çıxarmaqdır. Amma Rusiya bu məsələyə fərqli yanaşır. Hadisənin dərhal ardından Moskva məsuliyyəti öz üzərindən atmağa çalışıb və məsələni dolayı yolla Ukrayna ilə əlaqələndirib. Təyyarənin vurulduğu anda Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçuş aparatlarını hədəf alırmış, lakin nəticədə Azal təyyarəsi vurulub. Fakt odur ki, atəşi açan Rusiyanın hava müdafiə qüvvələri olub. Azərbaycan bunu rəsmi şəkildə bəyan edib, araşdırma detalları da bu versiyanı təsdiqləyir. Lakin Rusiya məsuliyyəti qəbul etmir. Bu, Rusiyanın ümumi yanaşmasının göstəricisidir. Moskva adətən belə hallarda məsuliyyət götürmür, bunu zəiflik kimi qiymətləndirir. Putinin üzrxahlığı müəyyən ümidlər yaratmışdı. Güman edilirdi ki, məsələ araşdırılacaq, günahkarlar cəzalandırılacaq, kompensasiya ödəniləcək. Amma bu baş vermədi".


Politoloq əlavə edib ki, görünən odur ki, Rusiya üzrxahlığı kifayət hesab edir və artıq addım atmaq istəmir:

"Digər tərəfdən, ehtimal olunur ki, Rusiya bu məsələni bir növ "kart" kimi saxlayır – lazım gəldikdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün. Məsələn, Rusiya mediasında iddia olunur ki, Moskva Azərbaycanın Krım və Ukraynanın işğal olunmuş ərazilərini tanımasını istəyir. Bu istək Azal təyyarəsinin vurulması məsələsinin kompensasiya və ədalətli araşdırma qarşılığında gündəmə gətirilə bilər.

Azərbaycan isə bu yanaşmanı qəbul etmir və tam haqlı mövqedə dayanır. Beynəlxalq mülki aviasiya təşkilatının prinsipləri də Azərbaycanın mövqeyini dəstəkləyir. Faktlar bəllidir: günahkarlar cəzalandırılmalı, kompensasiya ödənilməlidir. Mövcud şəraitdə Azərbaycan bu məsələni yalnız beynəlxalq müstəvidə gündəmdə saxlayaraq, ədalətin təmininə çalışa bilər. Rusiya ilə diplomatik səviyyədə bütün mesajlar çatdırılıb və rəsmi mövqe bildirilib. İndiki mərhələdə əsas addım beynəlxalq ictimai rəyə təsir etmək və prosesi açıq şəkildə izləməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri