Rusiya Türkiyə təyyarəsinin vurulması iddiasına REAKSİYA
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycandan Türkiyəyə getmək üçün havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 tipli hərbi yük təyyarəsi dünən qəzaya uğrayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kokpit və quyruq hissəsinin qopduğu əks olunub.
Globalinfo.az xəbər verir ki, hadisədən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı mesajı yayıb.
Mesajın altına isə bir çox istifadəçi tərəfindən şərhlər yazılıb. Səfirlik hadisə ilə bağlı Rusiyanı günahlandıran paylaşımlara tək-tək cavab verib.
“Təyyarəni Rusiya vurdu” iddialarına cavab olaraq bir istifadəçiyə səfirlik belə yazıb: “Bu fikir ağlınıza necə gəldi?”
“Heç kim axmaq deyil, xəritəni bilirik” sözlərinə cavab olaraq səfirlik C-130 təyyarəsinin qəzaya uğradığı nöqtəni paylaşaraq, bunun Rusiyadan asılı olmadığını bildirib.
Sonda səfirlik bənzər iddia irəli sürən başqa bir istifadəçiyə belə cavab verib:
“Biz sizin düşməniniz deyilik. Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirməyə çalışırıq”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 12 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















