Icma.az
close
up
RU
Türkiyə təyyarəsinin vurulması ehtimalı da yoxlanılacaq KİV

Türkiyə təyyarəsinin vurulması ehtimalı da yoxlanılacaq KİV

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Gürcüstan ərazisində qəzaya uğrayaraq 20 hərbçinin şəhid olması ilə nəticələnən C-130 tipli türk hərbi nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar genişləndirilir.

Modern.az-ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi bütün C-130 təyyarələrinin uçuşlarını istintaq başa çatana qədər dayandırıb.

Nazirlik bildirib ki, qəzanın səbəbi barədə indidən rəsmi hökm vermək mümkün deyil və bütün versiyalar araşdırılır:

“12 noyabrdan etibarən C-130 təyyarələrinin uçuşları ehtiyat tədbiri olaraq dayandırılıb. Texniki yoxlamalar bitdikdən sonra uçuşlar bərpa ediləcək”.

Hadisə ilə bağlı ən çox müzakirə edilən iddialardan biri isə nüfuzlu "Hürriyyət" qəzetinin hökumət dairələrinə yaxınlığı ilə tanınan köşə yazarı Abdülkadir Selviyə məxsusdur. Jurnalist yazır ki, istintaq yalnız texniki qəzaya fokuslanmır, təyyarənin vurulması ehtimalı da aktiv şəkildə araşdırılan versiyalar arasındadır:

“Həm qəzaya uğrama, həm də vurulma ehtimalı diqqətlə incələnir”, – Selvi qeyd edib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə 11 noyabr saat 09:02-də Kayseridən havaya qalxıb, 11:06-da Gəncəyə enib. 13:15-də 20 nəfərlə geri dönüş uçuşu başlayıb. 13:50-də Tbilisi hava nəzarət mərkəzi ilə son radio əlaqə qurulub.

Bundan sonra təyyarə ilə bütün əlaqə kəsilib. Təyyarədə heç bir sursat olmadığı xüsusi vurğulanıb.

Gürcüstanın daxili işlər naziri bildirib ki, təyyarənin istintaq üçün vacib bütün fraqmentləri tapılıb, ekspertiza davam edir. Axtarışlara minə yaxın xilasedici və hər iki ölkənin müvafiq qurumları cəlb olunub.

Nazir, həmçinin bütün 20 nəfərin nəşinin müəyyən edildiyini, sonuncu nəşin cümə axşamı gününə keçən gecə tapıldığını açıqlayıb.

Həm Ankara, həm də Tbilisi hadisənin səbəbi ilə bağlı yekun mövqe bildirməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri