Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, S.Lavrov səfər çərçivəsində H.Fidan ilə ikitərəfli danışıqlar aparıb, həmçinin IV Antalya Diplomatiya Forumunda iştirak edib.
Görüş zamanı S.Lavrov və H.Fidan beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətlə bağlı ətraflı müzakirələr aparıblar. Həmçinin siyasi dialoq, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq üzrə mövqelər nəzərdən keçirilib.
Tərəflər qarşıdakı Rusiya-Türkiyə təmaslarının qrafikini də müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















