Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bələdiyyə vergiləri qanuni əsaslarla toplanılır.
Milli.Az-ın məlumatına görə, Vergi Məcəlləsinə əsasən, bələdiyyələr tərəfindən yerli vergilər toplanılır.
Əgər vətəndaşın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüququ ona məxsus olan əmlakı varsa, həmin şəxs bələdiyyə vergisi ödəməlidir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini ərazidəki bələdiyyə hesablayır.
Vergi yaşayış və digər tikililərin hər kvadratmetrinə uyğun hesablanır.
Bələdiyyələr hər il avqustun 1-dək vergi ödəyicilərinə tədiyyə bildirişləri təqdim etməlidir. Bildirişdə göstərilən məbləğ iki hissə şəklində ödənilə bilər: birinci hissə avqustun 15-dək, ikinci hissə isə noyabrın 15-dək. Ödənişlər yerli bələdiyyə büdcəsinə köçürülür.
Vergi ödənişləri müəyyən edilmiş müddətlərdə həyata keçirilmədikdə, hər gecikən gün üçün 0,1 faiz məbləğində cərimə faiz dərəcəsi hesablanması mümkündür.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 15 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















