“RUSİYA ÜÇÜN TÜRK BİRLİYİ QƏBULEDILMƏZDİR” Bakını bombalamağa çağıran “politoloq” yenə danışdı AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
“Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir”
“Düşünmürəm ki, Ermənistan Rusiya üçün əvvəlki əhəmiyyətini itirib”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna müharibəsinin birinci ilində Bakını bombalamağa çağıran rusiyalı politoloq Mixail Aleksandrov Ermənistan mətbuatına son açıqlamasında deyib.
Onun fikrincə, Abxaziya və Cənubi Osetiyadakı Rusiya hərbi bazalar əhəmiyyətli olsa da, Ermənistandakı baza daha vacibdir. Ona görə ki, Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir.
O, “Türk qövsünün bağlanmasının və Türkiyənin Xəzər dənizinə çatmasının, vahid türk birliyinin yaradılmasının” qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib: "Rusiyada bir çox insanlar bütün bunları başa düşmürlər".
O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: “Ancaq Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.
Qeyd edək ki, Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan M.Aleksandrovun Azərbaycanla bağlı təxribatçı açıqlamalarından sonra işdən qovulduğu barədə məlumatlar yayılmışdı.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















