Icma.az
close
up
RU
Rusiya “Ukrayna bataqlığı”nda BOĞULUR Trampın sülh səylərindan isə XƏBƏR YOXDUR

Rusiya “Ukrayna bataqlığı”nda BOĞULUR Trampın sülh səylərindan isə XƏBƏR YOXDUR

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiyanın Ukraynanın hansısa bir ərazisini uzun sürən müharibədən və itkilərdən sonra işğal etməsi, əslində, heç nəyi dəyişmir. Odur ki, Pokrovskda olanlar da eyni mahiyyət daşıyır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı yanaşmasında səssizliyini qorumasının pərdəarxası məqamlarına, eləcə də Rusiyanın Donbasda Pokrovsk istiqamətində hücumlarını şiddətləndirməsinin səbəblərinə toxunub.

“Əsas məsələ Rusiyanın geniş mənada itirdikləridir. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın dediyi kimi, iqtisadiyyat çətin durumdadır Onun sözlərinə görə, məhv edilən yüz minlərlə əsgər və texnika, Rusiyanın dünyada itirilmiş hərbi və siyasi nüfuzu bir neçə kilometr ərazinin işğal edilməsi ilə müqayisədə cüzi bir qazancdır. ABŞ-nin yardımı kəsəcəyi isə öncədən bəlli idi. Ukrayna artıq özü də raket və dron istehsal edir. Rusiyanın hər gün neft və qaz infrastrukturları vurulur, hərbi təyinatlı obyektləri dağıdılır. Bu, ardıcıl şəkildə davam edir. Onların bərpası tezliklə mümkün olmadığı kimi, həm də maddi vəsait və yeni avadanlıq tələb edir ki, bu da praktik olaraq mümkün deyil. Bunların hamısı Rusiyanın özəyini dağıdır”.

Analitik əlavə edib ki, Ukrayna üçün çətin olsa da, onlar müqavimət göstərməyə məcburdurlar:

“Çətinliklərə dözmək də həmçinin burada yer alır. Trampın bu müharibəni dayandırmaq cəhdləri Ukraynanı qane etməsə də, əgər şərtlər məcbur edəcəksə, təbii ki, müqavimət göstərmək çətin olacaq, hətta mümkün olmayacaq. Ukrayna da bu müharibəyə girməklə öncədən itirib. İndi az itki ilə çıxması Ukrayna üçün qazanc olacaq, çünki dövlətçiliyini və dövləti qoruya biləcək. Avropa dövlətlərinin qoşun göndərmək ehtimalı, əslində, məsələni müəyyən mənada həll edir. Amma Zelenskinin də dediyi kimi, havadan atılan raket və ya dronun qarşısında yerdəki qoşun nə də bilər ki? Təbii ki, qoşun göndərilməsinin şərtləri razılaşdırılacaq. Lakin hesab edirəm ki, Rusiya ilə razılığın heç bir ciddi qarantiyası ola bilməz. Ona görə də Ukrayna güclü ordu və silahlanma ilə yanaşı çəkindirici faktor olan nüvə silahına da sahib olmalıdır”.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Fevral 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri