Icma.az
close
up
RU
“Rusiya Ukrayna müharibəsində bir həftəlik atəşkəs sülh gətirməyəcək” Politoloq

“Rusiya Ukrayna müharibəsində bir həftəlik atəşkəs sülh gətirməyəcək” Politoloq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donbas “qırmızı xətt” olaraq qalır, Moskva və Kiyev geri addım atmır

"Müharibənin əsas səbəbləri və hərbi-strateji maraqlar hələ də tərəflərin mövqelərində ciddi dəyişiklik tələb edir”

2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi hələ də yekun həllini tapmayıb. Tərəflər arasında vasitəçi ölkələrin səyi ilə dəfələrlə danışıqlar aparılsa da, konkret nəticə əldə edilməyib. ABŞ-nin vasitəçiliyi ilə yanvar ayında Əbu-Dabidə baş tutan görüşlərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılmasında maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən hərbi zərbələr endirilmədiyi halda, Ukrayna da cavab tədbirlərindən çəkinməyə hazırdır. Bununla paralel olaraq, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ liderinin xahişi əsasında fevralın 1-nə qədər Ukraynaya hərbi zərbələr endirilməyəcəyini açıqlayıb. Onu da qeyd edək ki, tərəflər arasında Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan növbəti görüş, məhz həmin tarixə planlaşdırılıb. Son dövrlər, tərəflərin dialoqa meyilli açıqlamaları müharibənin yaxın gələcəkdə bitəcəyinə dair ümidləri artırır. 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, humanitar məqsəd daşıyan bir həftəlik fasilənin tərəflər arasında davamlı sülhə gətirib çıxaracağı ehtimalı zəifdir:

“Trampın təşəbbüsü ilə irəli sürülən bir həftəlik humanitar atəşkəs çağırışı və Rusiya prezidenti Vladimir Putinin bu təklifi qəbul etməsi, mövcud şəraitdə müsbət və diqqətəlayiq addım kimi qiymətləndirilə bilər. Xüsusilə də qış mövsümünün sərt keçməsi və Rusiyanın Ukraynanın enerji infrastrukturuna yönəlmiş davamlı hücumları fonunda yaranmış humanitar böhran, nəzərə alındıqda, qısa müddətli də olsa döyüşlərin dayanması mülki əhali üçün nəfəsalma imkanı yaradır. Elektrik, istilik və su təchizatı ilə bağlı problemlərin qismən də olsa yüngülləşdirilməsi humanitar baxımdan önəmli amildir. Əslində, oxşar humanitar fasilələr əvvəlki mərhələlərdə də müşahidə olunub”.

Politoloqun qənaətinə görə, Rusiya ilə Ukrayna arasında dərin etimadsızlıq problemi hələ də qalmaqdadır:

“Müxtəlif dövrlərdə tərəflər arasında qısa müddətli atəşkəslər elan edilsə də, heç biri dayanıqlı sülhə çevrilmiyib. Bu baxımdan hazırkı bir həftəlik fasilə də mahiyyət etibarilə müvəqqəti xarakter daşıyır. Bununla yanaşı, Trampın vasitəçiliyi ilə humanitar razılaşmanın əldə olunması siyasi baxımdan diqqətdən kənarda qalmamalıdır. Bu məqam tərəflər arasında dialoq imkanlarının hələ də mövcud olduğunu ortaya qoyur. Lakin uzunmüddətli sülhün formalaşması üçün humanitar fasilələr yetərli deyil. Müharibənin əsas səbəbləri və hərbi-strateji maraqlar hələ də tərəflərin mövqelərində ciddi dəyişiklik tələb edir”. 

R.Bayramovun sözlərinə görə, bir həftəlik humanitar atəşkəs, müharibənin gedişində qısamüddətli rahatlama yaratsa da, davamlı sülh üçün yetərli deyil:

“Ən mühüm məqam isə tərəflərin “qırmızı xətt” kimi müəyyən etdikləri məsələlərdən geri çəkilməməsidir. Xüsusilə Donbas və işğal olunmuş ərazilərlə bağlı mövqelər nə Moskva, nə də Kiyev tərəfindən dəyişdirilib. Beynəlxalq müstəvidə də bu fasilənin təsiri məhduddur. ABŞ, Avropa ölkələri və Ukrayna humanitar addımı prinsip etibarilə müsbət qiymətləndirir, lakin daimi sülh üçün daha geniş diplomatik səylərə, beynəlxalq vasitəçiliyə və konkret siyasi razılaşmalara ehtiyac olduğunu vurğulayırlar. Əsas məsələ bundan sonrakı mərhələdə diplomatik danışıqların hansı istiqamətdə inkişaf edəcəyi, tərəflərin strateji kompromislərə nə dərəcədə hazır olacağı və beynəlxalq vasitəçilik mexanizmlərinin nə qədər effektiv işləyəcəyidir”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri