Icma.az
close
up
RU

Rusiya Ukraynanın şimalını vurdu: İkisi uşaq olmaqla 10 nəfər ölüb

Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqindəki Sumı şəhərində bir yaşayış məntəqəsinə təşkil etdiyi raket hücumunda ikisi uşaq olmaqla 10 nəfər həyatını itirib, 8-i uşaq olmaqla 55 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın şimal-şərqindəki Sumı şəhərində doqquzmərtəbəli binaya raket zərbəsi endirib.

Sumı Hərbi Administrasiyasının rəhbəri Vladimir Artyux açıqlamasında “Sumı şəhəri bazar günü axşam saatlarında Rusiyanın torpaqlarımıza gətirdiyi faciə cəhənnəmə çevrildi” deyib.

Artyux bildirib ki, şəhərə növbəti raket hücumu da kritik infrastrukturu vurub və şəhəri işıqsız qoyub.

Ukrayna Fövqəladə Hallar Xidməti 400-dən çox insanın təxliyə edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada gecə ərzində Ukraynaya məxsus 59 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi bildirilib.

Açıqlamaya görə, məhv edilən PUA-lardan 2-si paytaxt Moskvaya doğru gedirmiş, 45 PUA isə Bryans bölgəsində vurulub.

Kursk, Belqorod və Tula vilayətlərində digər PUA-lar məhv edilib.

Moskva meri Sergey Sobyanin, “İlkin məlumata görə, dağıntıların düşdüyü yerdə dağıntı və ya tələfat yoxdur” deyib.

Orxan Saffari

Gununsesi.info

seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri