Icma.az
close
up
RU
Rusiya və İran Qafqazda yerləşən ABŞ a yox, Türkiyəyə qarşı birləşir Təfərrüat

Rusiya və İran Qafqazda yerləşən ABŞ a yox, Türkiyəyə qarşı birləşir Təfərrüat

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər veriyimiz kimi, yanvarın 17-də Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında Moskvada görüş keçirilib və saziş imzalanıb. Hərtərəfli strateji əməkdaşlıq haqqında 47 bənddən ibarət sənəd ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişinə görə, tərəflərdən birinə hücum olarsa, onlardan heç biri təcavüzkara yardım etməməlidir.Tərəflər görüş zamanı Cənubi Qaafqazı da müzakirə ediblər.

Rəsmilər nə qədər desədə ki, bu hər iki ölkə üçün 2001-ci ildən qüvvədə olan müqaviləni əvəz edəcək hərtərəfli strateji əməkdaşlıq sazişidir. Amma başqa səbəblərin varlığı da bu sazişi gündəmə gətirib. Yəqin ki, ik ağlınııza gələn bu oldu ki, hazırda Qafqaza, daha dəqiq Ermənistana yığılan Qərb və ABŞ ordusunun, xüsusən, ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiya hər iki ölkəni narahat etdiyi üçün bir araya gəlib. Bu da keçərli səbəbdir. Amma əsil səbəb isə Qafqazda Türkiyənin güclənməsinin qarşısına hasar çəkməkdir ,desək yanılmarıq.
Çünki, hələ ötən ilin martında ABŞ kəşfiyyatı Zəngəzur dəhlizi uğrunda müharibə ola biləcəyini istisna etmirdi. Dəhlizin açılmasını isə Azərbaycandan başqa Türkiyə də israrla tələb edir.
Bir çox politoloqlar İran və Rusiyanın Türkiyəyə qarşı birləşdiyini iddiası gerçəyi yansıdır.
Məsələn, iranşünas Vardan Voskanyanın İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi haqqındafikirləri belədir:
“Aydındır ki, bu, müqavilədə qeyd olunmasa da, görüşdən sonra və ya ondan əvvəl Cənubi Qafqaz problemi müzakirə olunub. Bu bölgədə yeni situasiya yaranıb, Türkiyənin bölgəmizdə olması həm Rusiya, həm də İran tərəfinin maraqlarına uyğun deyil. Amma İran, Rusiyanın Yaxın Şərq, xüsusən də Ukraynadakı müharibədə öz resurslarının həddindən artıq yüklənməsini də nəzərə alır”.
Vardan Oskanyanın fikrincə, tərəflər Türkiyəni zərərsizləşdirməsələr, o zaman Türkiyənin bölgəmizdəki mövcudluğunu minimuma endirməyə çalışacaqlar:
“Müvafiq olaraq, indi onlar Türkiyənin Cənubi Qafqazda olduğu reallıqda mövqe tutmağa çalışırlar. Bu o demək deyil ki, tərəflər Türkiyənin varlığı ilə razılaşacaqlar və bu varlığı ləğv etmək və ya azaltmaq üçün cəhd etməyəcəklər”.
Türkiyə mediasındakı xəbərlərə istinad etsək gediş etməsi heç də yalana bənzəmir. Beləki, İranın Türkiyə əleyhinə İran və kürd hərbi-siyasi təşkilatı (PKK) Türkiyə hərbi hədəflərinə qarşı istifadə üçün 1500 kamikadze pilotsuz uçan aparat tədarükü ilə bağlı müqavilə imzalayıb.
Rusiyanın Türkiyəyə nifrəti hələ lap qədim zamanlardan var. Beləki Rusiya tarix boyu ən çox müharibəni türklərlə aparıb.
Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Krımın ilhaqını tanımadıqlarını və bu ərazinin Ukraynaya qaytarılmalı olduğunu bildirməsi isə Rusiyanı dərindən yaralamışdı. Ümumiyyətlə bir çox məsələ var ki, Rusiyanın maraqları ilə Türkiyənin maraqları üst-üstə düşmür.
Odur ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 17-də iranlı həmkarı Məsud Pezeşkianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsini təsdiqləyib.
Onun sözlərinə görə, birinci mərhələdə tədarük 2 milyard kubmetr təşkil edə bilər. Lakin sonra ildə 55 milyard kubmetrə qədər artırıla bilər.
Bu da Türkiyəyə arxadan zərbə vurmağa çalışan İrana böyük bir dəstəkdir.

 P.S.  Yeri gəlmişkən, “İran İnternasional” nəşri Putinin Pezeşkianla görüşə bir saat gecikdiyi barədə məlumat yaymışdı. Xatırlayırsınızsa, Rusiyanın dövlət telekanalı "Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yaydı. Məlum oldu ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib. Bu isə o deməkdir ki, qarşısındakını alçaltmaq Putinin genetik vərdişidir və alçaltmağa çalışdıqları onun üçün  bir heçdir.  Xırda bir maraq xatirinə həmin tərəfdaşı yerlə yeksan edə, onu istənilən sazişini məhv edə bilər. Mərhum çeçen general Cövhər Dudayev dediyi kimi, ruslarla imzalanan saziş  suyun üzərinə yazılan söz kimidir.

 
Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri