Cevdet Yılmaz: Türkiyə Ukrayna ilə Rusiya arasında ədalətli sülhün bərqərar olmasına töhfəsini davam etdirməyə hazırdır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 4 sentyabr, AZƏRTAC
Ankara Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasına öz töhfəsini davam etdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri münaqişənin başa çatmasından sonra Ukraynaya dəstək verməyə hazır olan Avropa ölkələrinin liderlərinin görüşünün yekunlarını şərh edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
C.Yılmaz sosial şəbəkələrdəki paylaşımında Prezident Rəcəb Tayyib Ərdoğanın adından Parisdə videokonfrans formatında müzakirələrə qatıldığını qeyd edib.
“Ukraynada ədalətli və davamlı sülhə yönəlmiş diplomatik addımlar müzakirə edilib. Türkiyə davamlı sülhün əldə edilməsində aparıcı rol oynamağa hazırdır. Biz tərəflər arasında diplomatiya və danışıqların prioritetini bir daha bildiririk. Ədalətli və davamlı sülhün nail olunmasına qədər diplomatik prosesə töhfə vermək üçün bütün imkanlardan istifadə etməyə davam edəcəyik”, -deyə Türkiyə vitse-prezidentinin paylaşımında deyilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















