Rusiya və Ukrayna Milad bayramınadək məhbus mübadiləsi barədə razılığa gələ biləcəklər
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Macarıstan hələ də ümid edir ki, Rusiya və Ukrayna pravoslav Milad bayramına qədər atəşkəs və genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gələ biləcəklər.
Bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O qeyd edib ki, dekabrın 25-də qeyd olunacaq katolik Milad bayramına qədər müharibə edən tərəflərin yəqin ki, belə bir müqavilə bağlamağa vaxtı olmayacaq. "Ona görə də mən əmin olmağa çalışacağam ki, bu, pravoslav Milad bayramında baş versin", yəni yanvarın 7-dək bu təklifi Moskva və Kiyevə ünvanlayan hökumət başçısı bildirib.
Orban hesab edir ki, razılaşsalar, Rusiya və Ukrayna 700-800, hətta 1 min məhbusu dəyişdirə bilər. “Təxminən 1 min insan hətta iki-üç gün ərzində öz ailələrinin yanına qayıda bilər”, - deyə baş nazir bildirib. O, belə bir razılaşmanın reallığa çevrilməsi üçün səylərini davam etdirəcəyini təsdiqləyib.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















