Xaricdə satılan Azərbaycan məhsulu marketlərdən yığışdırıldı FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən qida şirkətinin istehsal etdiyi məhsullar bir sıra ölkələrdə satışdan geri çağırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İstehlakçılardan gələn şikayətlər əsasında məhsulların tərkibində etikətdə göstərilməmiş süd allergeninin ola biləcəyi barədə şübhə yaranıb. Bu isə allergiyası olan insanlar üçün risk yarada bilər.
Geri çağırılan məhsullar:
• Qoz dadlı kremli vafli
• Vanil dadlı kremli vafli
Çəki: 200 qram
Partiya nömrəsi: 32047
İstehsal və istifadə müddəti: 07.07.2025 - 07.01.2027
İdxalçı: Alaska Parkmatia
Distribyutor: Keshet Giborim Marketing Ltd
İstehsalçı: Bulok LTD MMC, Azərbaycan, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 13
Südə və ya məhsulun etiketində göstərilən digər allergenlərə qarşı həssaslığı olan şəxslərə xəbərdarlıq edilib ki, geri çağırılan bu məhsulları qətiyyən istehlak etməsinlər.
Allergiyası olmayan istehlakçılar üçün isə məhsulun istifadəsinin təhlükə yaratmadığı bildirilir. Şirkət artıq İsrail Səhiyyə Nazirliyinin Qida Təhlükəsizliyi Xidməti ilə birgə problemli partiyanın satışdan çıxarılması prosesinə başlayıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















