Icma.az
close
up
RU
“Rusiya və Ukraynanın itkiləri heyrətedici səviyyədədir” “Ukraynanın əraziləri elə dağılıb ki...” AzPolitika onlayn siyasiictimai qəzet

“Rusiya və Ukraynanın itkiləri heyrətedici səviyyədədir” “Ukraynanın əraziləri elə dağılıb ki...” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynadakı müharibənin sona çatması ilə bağlı danışacağını bildirib.

Bazar ertəsi Floridada keçirdiyi mətbuat konfransında Tramp seçkilərdə qalib gəldikdən sonra ilk dəfə Rusiyanın Ukraynaya müdaxiləsinə bir neçə dəfə toxundu. O, "dəhşətli" adlandırdığı müharibəni tez bir zamanda bitirmək istəyini təkrarlayıb və hər iki tərəfdən "astronomik itkilərin sayına" istinad edib. Trampın sözlərinə görə, itkilər heyrətləndiricidir və cəbhədəki vəziyyət təsəvvür ediləndən daha pisdir. Tramp daha əvvəl münaqişənin hər iki tərəfində yüz minlərlə ölü və yaralıdan danışmışdı. Ukrayna rəhbərliyi bildirib ki, onların hərbi itkiləri Trampın iddia etdiyindən azdır, Moskva isə iki ildən çoxdur ki, Rusiyanın itkiləri ilə bağlı heç bir rəsmi məlumat vermir.

Trampın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müqavilə bağlamağa hazır olmalıdır. Eyni zamanda ABŞ-nin seçilmiş prezidenti sülhə nail olmaq üçün Ukraynadan ərazi güzəştlərinin tərəfdarı olub-olmaması sualına cavab verməkdən yayınıb. Bununla belə, Tramp deyib ki, döyüşlərin getdiyi Ukrayna əraziləri elə dağıdılıb ki, onların bərpası yüz il çəkəcək.

Tramp sülhə nail olmaq səylərində "bir az irəliləyiş əldə edildiyini" qeyd edib, lakin təfərrüatları açıqlamayıb. Tramp Zelenski ilə dekabrın 7-də Parisdə görüşüb. Bu görüşdən sonra o, Ukrayna və Rusiyanı sülh danışıqlarına başlamağa çağırıb. Bir sıra məlumatlara görə, o, Putinə də zəng edib. Nə Kreml, nə də Tramp bunu təsdiqləməyib və ya birbaşa təkzib edib.

Media Trampın çevrəsində müxtəlif sülh planı ideyalarının müzakirə edildiyini bildirib. ABŞ-ın seçilmiş prezidentinin özü hələ ki, rəsmi olaraq heç bir sülh təşəbbüsü irəli sürməyib. Eyni zamanda, bir çox nəşrlər onun sülh təkliflərinin əsasının hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması və ola bilsin ki, Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi olacağını bildiriblər.

Tramp hazırkı Co Bayden administrasiyasının Ukrayna hərbçilərinin Rusiyaya Amerikanın uzaqmənzilli silahları ilə zərbə endirməsinə icazə vermə qərarını yenidən tənqid edib, vəzifəyə gəldikdən sonra bu qərara yenidən baxacağını istisna etməyib.

Tramp həmçinin Volodimir Zelenskini yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət etmədiyini, lakin Zelenskinin gəlməsinə etiraz etməyəcəyini bildirib.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə Ukraynada müharibəni dayandıra biləcəyini bildirib. Prezident seçildikdən sonra o, bu vəzifənin göründüyündən daha çətin olduğunu etiraf edib. İndiki administrasiyadan fərqli olaraq, Tramp Rusiya Prezidenti Vladimir Putini müharibəyə başladığına görə birbaşa tənqid etmir və ABŞ-nin Ukraynaya nə qədər lazımdırsa kömək edəcəyini demir. O, sülhə mümkün qədər tez nail olmağın vacibliyini, onun şərtlərini qeyd etmədən vurğulayır. Həm Kiyev, həm də Moskva sülh tərəfdarı olduqlarını vurğulayır, lakin onlar diametral əks tələblər irəli sürürlər.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri