Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Külli miqdarda mənimsəmədə ittiham olunan Ayven Şahmuradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ayven Şahmuradov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Qusar rayonu Quxuroba kənd sakini Ayven Şahmuradov və atası Qayıbxan Şahmuradov ferma və bağçılıq biznesi qurmaq adı ilə Rusiya vətəndaşı Həmdulla Qədirovdan külli miqdarda pul alıblar.
Onlar 2017-2020-ci illərdə H.Qədirovun ümumilikdə 780 min manatını mənimsəməkdə ittiham olunurlar.
A. Şahmuradov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 Fevral 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















