“Rusiya vətəndaşısan, borcunu yerinə yetir” Azərbycanlı gəncin aqibəti
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiyadan Ukrayna müharibəsinə cəlb olunan həmvətənlərimizlə bağlı araşdırma aparıram. İtkin düşənlərdən biri müharibəyə gedənə kimi 5 il Rusiyada usta kimi çalışırmış ,özü də sənətkar imiş, yaxşı da pul qazanırmış. Hər ay ailəsinə pul göndərirmiş. Müharibəyə getməmişdən öncə rus qızla tanış olur, necə olursa çox qısa müddətdə qızla nigaha girir, Rusiya vətəndaşı olur”.
Turkustan.az xəbər verir ki, bunu hərbi bloqçu Tofiq Şahmuradov “Facebook” səhifəsində yazıb.
O, Rusiya-Ukrayna müharibəsi üçün səciyyəvi olan bir hekayəti danışıb:
"Elə qara günlərdə bundan sonra başlıyır, normal işi ola-ola bu oğlanı qızın Rusiya MN-də, ya da FSB-də işləyən atası müharibəyə aparır. Döyüş bölgəsinə gedəndən bir müddət sonra oğlan itkin düşüb. Ailəsinə müqaviləyə imza çəkdiyi puldan 1 qəpik göndərilməyib.
Gəldiyim nəticə budur ki, qız böyük ehtimal Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olub, oğlanı ələ alıb. Bundan sonra hərbi komissarlıq başının üstünü kəsdirib ki, Rusiya vətəndaşısan, vətəndaşlıq borcunu yerinə yetir.
Yəqin ki müqaviləyə görə pulu da hüquqi varisi kimi qız alıb. 120-150 min dolları alıb FSB əməkdaşları ilə bölüşəcək". /yenisabah.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















