Icma.az
close
up
RU
Rusiya xaricdən benzin almağa məcbur qalıb İlin əvvəlindən qiymət 40 faiz artıb, çıxış yolu isə görünmür

Rusiya xaricdən benzin almağa məcbur qalıb İlin əvvəlindən qiymət 40 faiz artıb, çıxış yolu isə görünmür

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın neft emalı zavodlarına silsilə PUA zərbələrindən sonra ölkəni bürümüş yanacaq böhranı səbəbindən Rusiya hakimiyyəti xaricdən benzin almaq məcburiyyətində qalıb. “AzPolitika” xəbər verir ki, Rusiya mediasında ölkədə yanacaqla bağlı vəziyyətin kritik həddə çatdığı bildirilir.

Artıq dünən Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası benzin, dizel yanacağı, gəmi və təyyarə yanacağı üçün idxal rüsumlarını ləğv edib. Aİİ-yə rüsumsuz idxal 2026-cı il iyunun 30-dək qüvvədə qalacaq. 10 gündən sonra qüvvəyə minəcək bu qərar, AİK-nin ticarət naziri Andrey Slepnevin sözlərinə görə, "istehsal həcmlərinin azalması" ilə əlaqədardır.

Rusiya yanacaq bazarında hazırda aylıq benzin istehlakının 20%-i çatmır. Yəni, lazım olan 2 milyondan 400 min tonu bazarda yoxdur. Ən azı altı zavodun istehsalı tamamilə və ya qismən dayandırması ilə nəticələnən neft emalı zavodlarına pilotsuz təyyarə zərbələrindən sonra, sentyabr ayında benzin istehsalı 1 milyon ton azalıb.

Ən çox tədarük kəsiri olan regionlar sırasında yenə Krım birinci yerdədir. Sentyabrın 29-dan etibarən Krımda benzinin pərakəndə satışına direktiv məhdudiyyətlər qoyulub - hər bir müştəriyə 30 litrdən çox benzin verilmir. Ancaq bunu da almaq üçün uzun növbələrə durmalısan.

İlkin olaraq müstəqil yanacaqdoldurma məntəqələri benzin çatışmazlığından əziyyət çəkib, onların bəziləri tamamilə bağlanıb. Müstəqil Yanacaq İttifaqının prezidenti Pavel Bajenov "İzvestiya"ya bildirib ki, indi vəziyyət hətta iri neft şirkətlərinin yanacaqdoldurma məntəqələrində də pisləşib. Konkret olaraq Kirov, Nijni Novqorod və Kostroma vilayətlərində belə problemlər yaranıb.

Yanacaq bazarında baş verən “yanğını söndürmək” üçün hökumət artıq benzinin ixracına qadağa qoyub və çərşənbə axşamı bu qadağanı 2025-ci ilin sonuna qədər uzadıb, həmçinin, dizel yanacağının da ixracı dayandırılıb.

İyul ayından etibarən Rusiya Belarusdan benzin alışını kəskin şəkildə artırıb ki, bu da illik müqayisədə 36% çoxdur. Bundan başqa, sentyabrda idxal avqust ayı ilə müqayisədə 168%(!) artıb. Bununla belə, bu həcmlər – üç ay ərzində 97 min ton olmaqla, daxili tələbatın 2%-dən də az hissəsini əhatə edir.

"Kommersant"ın mənbələri hesab edir ki, hökumət çox güman ki, neft emalı zavodları üçün ekoloji standartları yumşaldacaq. Ondan ötrü ki, onlar daha çox benzin istehsal etsinlər. Bundan əlavə, Rusiya Belarusa daha çox neft verəcək ki, oradan benizn ala bilsin.

“Reuters”-in hesablamalarına görə, Ukrayna dronları təkcə avqust ayında Rusiya neft sənayesinin emal gücünün 17%-ni itirməsinə səbəb olmuş, neft emalı zavodlarının dayanması nəticəsindəki itki isə rekord həddə - 23% və ya 6,4 milyon tona çatmışdır. Sentyabrda ən azı daha yeddi neft emalı zavodu dron zərbələrinə məruz qalıb: Ryazan, Saratov, Samara, Volqoqrad, İlski, Ufada “Novoil” və Leninqrad vilayətində Kinef.

İlin əvvəlindən benzinin topdansatış qiymətləri 40%-dən çox bahalaşıb. Qeyd edək ki, bu bahalaşma inflyasiya üçün zərərlidir, çünki yanacağın yüksək qiymətləri istər-istəməz kənd təsərrüfatı, nəqliyyat və logistika xərclərini artırır, bu da ərzaq və zəruri malların bahalaşmasına gətirib çıxarır.

Sərt inzibati tədbirlər isə sənayenin fundamental problemlərini həll etmir, yəni inflyasiya təzyiqi yaxın aylarda da davam edəcək.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri