Rusiya XİN Azərbaycanın Kiyevdəki səfirliyinə hücuma görə Ukraynanı günahlandırıb
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Kiyevdə Azərbaycan səfirliyinin binalar kompleksindəki zədələnmələr Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi nəticəsində baş verib”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra danışarkən deyib.
“Rusiya tərəfi baş vermiş hadisə ilə bağlı səmimi təəssüfünü bildirir. Eyni zamanda mövcud məlumatların araşdırılması nəticəsində müəyyən edilib ki, Kiyevdə Azərbaycan diplomatik missiyasının binalar kompleksindəki zədələnmələr, böyük ehtimalla, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin düzgün işləməməsi nəticəsində baş verib. Ehtimal olunur ki, əraziyə “Patriot” zenit-raket kompleksinin raketi düşüb”.
Xatırladaq ki, noyabrın 14-də Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binası növbəti dəfə Rusiyanın raket zərbəsinə məruz qalıb.
Bu mövzuda digər xəbərlər:Belçika XİN: Kiyevdəki Azərbaycan səfirliyinə zərbə endirilməsindən dərin narahatlıq duyuruq
16 Noyabr 2025 01:06
Kiyevdəki Azərbaycan səfirliyinə raket hucumu təsadüfi ola bilməz
17 Noyabr 2025 23:09
Aİ Kiyevdəki Nümayəndəliyinə hücuma görə Rusiyanın Brüsseldəki səfirini çağırır
28 Avqust 2025 14:22
Ukrayna XİN Kiyevdəki səfirliklərin bağlanmasına cavab verib
20 Noyabr 2024 18:28
Rusiya “Boinq”in Kiyevdəki ofisini vurdu
15 İyun 2025 15:34
Baxış sayı:36
Bu xəbər 21 Noyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















