Rusiya XIN: Bakı və İrəvan arasında razılaşmaların həyata keçirilməsinə səy göstərəcəyik
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün olan hər şeyi edirik və edəcəyik.
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
M.Qaluzin 2020-2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əhəmiyyətini vurğulayıb.
"Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz, həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















