Rusiya XİN: Ermənistanla tarixən möhkəm dostluq münasibətlərimiz var KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya və Ermənistan tarixən möhkəm və dostluq münasibətlərinə malikdir, hadisələr başqa cür cərəyan edə bilməzdi.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “NEWS.ru”nun İrəvan və Moskva arasında münasibətlərin istiləşməsi perspektivləri barədə sualına cavab verərkən bildirib.
“Biz qonşu ölkələrik, aramızda təbii xarakter daşıyan dərin humanitar əlaqələr var. Bu, coğrafiya, tarix və xalqlarımızın taleyi ilə şərtlənib”, – M.Zaxarova vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya və Ermənistan arasında dostluq münasibətlərindən narazı olan qüvvələr mövcuddur.
“Bizim mövqeyimiz həm ölkə prezidenti, həm də doktrinal sənədlərlə dəqiq müəyyən edilib. Məqsədimiz Ermənistan və erməni xalqı ilə münasibətləri hərtərəfli inkişaf etdirməkdir”, – Rusiya XİN-in nümayəndəsi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Mart 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















