Rusiya XİN rəsmisi azərbaycanlı səfirlə təyyarə qəzasını müzakirə etdi
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı səfiri Ruslan Mustafayev ilə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı müzakirə aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Görüşdə qəzanın rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb.
Rusiya XİN rəhbərinin müavini həmçinin Azərbaycan mətbuatında Rusiyaya qarşı, eləcə də Bakıda Rus Evi ilə bağlı irəli sürülən ittihamların əsassız olduğunu qeyd edib.
Rusiya tərəfi Azərbaycanla münasibətlərin hər iki dövlətin milli maraqlarına uyğun olaraq 2022-ci il fevralın 22-də imzalanmış Bəyannamə əsasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda qurulmasının mütləq əhəmiyyətini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















