Rusiya yanvaroktyabrda Çinə neft ixracını 2 % artırıb
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Yanvar-oktyabr aylarında Rusiyadan Çinə neft tədarükünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % artaraq 90,4 milyon ton təşkil edib.
TASS xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.
Bu enerji xammalının tədarükünün dəyəri illik hesablamada 6,4 % artaraq 52,8 milyard dollar təşkil edib. Neft Rusiyanın Çinə ümumi ixracının dəyərinin yarısını təşkil edir.
Oktyabr ayında Rusiya Çinə 9,8 milyon ton neft ixrac edib ki, bu da sentyabr ayı ilə müqayisədə 13,5 % çoxdur. İxracın dəyəri 5,2 milyard dollar təşkil edib.
Rusiya yanvar-oktyabr aylarında Çinin ən böyük neft tədarükçüsü olaraq qalır. İkinci yerdə Səudiyyə Ərəbistanı (65,3 milyon ton, 40,5 milyard dollar), üçüncü yerdə isə Malayziya (56,8 milyon ton, 31,4 milyard dollar) qərarlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Noyabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















