Rusiyada 16 yaşlı qız Ukraynanın işğalına münasibətinə görə həbsə atıldı...RƏZALƏTFOTO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada 16 yaşlı məktəbli “terrorçuluğa haqq qazandırdığına görə” dəmir barmaqlıqlar arxasına atılıb.
Qız Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rusiya Könüllülər Korpusu döyüşçülərinin portretlərini asıb...
Rusiya Federasiyasında məhkəmə “terrorçuluğa bəraət qazandırmaqda” ittiham olunan Sankt-Peterburqdakı məktəblərdən birində oxuyan 16 yaşlı məktəblini həbs edib.
Moderator.az xəbər verir ki, “Azadlıq” radiosunun rus bürosunun məlumatında belə deyilir.
Nəşr yazır ki, dekabrın sonunda məktəb stendində asılmış fotoşəkillər qızın həbsinə əsas olub. Bildirilir ki, dekabrın 26-da Sankt-Peterburqdakı məktəblərdən birində Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rusiya Könüllülər Korpusunun əsgərlərinin iki foto-şəkili tapılıb.
Hər bir foto-şəklin altında "Rusiya Qəhrəmanları" yazılıb. Şəkillər gözə dəyməzdən əvvəl bir neçə gün asılıb, bundan sonra qıza qarşı cinayət işi açılıb.
Qızın özü məhkəmədən onun ev dustaqlığına buraxılmasını istəyib. O, hazırda həbsdədir və onu 5 ilə qədər həbs gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 Dekabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















