Rusiyada 26 il əvvəl on yaşlı qızcığazın yoxa çıxmasının üstü açılıb: Cinayətkar saxlanıldı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Sverdlovsk vilayətində 26 il əvvəl 10 yaşlı qız uşağını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "E1.ru" nəşri məlumat verib.
Mənbənin sözlərinə görə, qızcığazın qətlinə səbəb qisas ola bilərdi, belə ki, o və anası cinayət işi üzrə şahid olublar. Cinayəti törətdikdən sonra şübhəli şəxs başqa şəhərə gedib, onun ailəsi və uşaqları var. İndi o, Yekaterinburqa aparılıb. Saxlanılan şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Qeyd edək ki, uşağın taleyi 1999-cu ildən naməlum olaraq qalırdı. O zaman qızcığaz avqustun 7-də Kuznetsovski qəsəbəsindəki evindən çıxmış və bir daha geri qayıtmamışdı.


Rusiyada axtarışda olan cinayətkar Türkiyədə saxlanıldı
26 Fevral 2025 04:58
Rusiyada erməniəsilli cinayətkar TUTULDU
17 Noyabr 2024 20:01
31 il əvvəl törədilən cinayətinin üstü açılıb
25 Noyabr 2024 15:21
31 il əvvəl törədilmiş cinayətin üstü açılıb
25 Noyabr 2024 15:25
Məşhur tablonun yoxa çıxmasının sirri açılıb: 73 il sonra
21 Mart 2025 14:30

