Icma.az
close
up
RU
Rusiyada anti Azərbaycan isteriyası daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...

Rusiyada anti Azərbaycan isteriyası daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Zatulin, Valuyev, indi də Matveyev..; Duma üzvü ölkəmizi aşağılayaraq “hansısa aul” adlandırıb; azərbaycanlı deputatlardan şillə kimi cavablar

Rusiyada Azərbaycan və azərbaycanlılar əleyhinə danışanlara Dövlət Dumasının daha bir deputatı qoşulub. Mixail Matveyev əslən Azərbaycandan olan Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bu sözlərlə ifadə edib: “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir”.

 Elxan Şahinoğlu

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib: “Birincisi, bu deputatın coğrafiyadan xəbəri yoxdur. Azərbaycanda, onun təbirincə desək, "aul" anlayışı yoxdur, Matveyev ölkəmizi Şimali Qafqaz (Rusiya Federasiyasına aiddir) ölkələri ilə səhv salıb. İkincisi, Rusiyada Dövlət Duması səviyyəsində milli və irqi ayrı-seçkilik təbliğatı aparılırsa, Rusiyanın sıravi vətəndaşından nə gözləmək olar? Cəlil Rəfiyev Rusiya vətəndaşıdırsa, o, yerli şəhər sovetinə namizədliyini niyə irəli sürə bilməz ki? Rusiyalı deputat ayrı-seçkilik toxumu səpməklə Rusiya Konstitusiyasını da pozmuş olur. Buna baxmayaraq, irqçi deputatın təxribatçı açıqlamasına həmkarlarından kimsə etiraz etməyib. Deməli, onlar da Mixail Matveyev kimi düşünürlər. Belə çıxır ki, Rusiya vətəndaşı olan azərbaycanlı nə vaxtsa Rusiya Dövlət Dumasında seçkilərdə iştirak etmək istəsə, Mixail Matveyev kimi şovinist və irqçi deputat və onun kimi düşünənlər buna qarşı da çıxacaqlar".

Nə baş verir? Rusiyada Azərbaycan əleyhinə aqressiv ton niyə güclənir? Kreml bu deputatları susduracaqmı? Axı bu, ilk belə hal deyil. Zatulin, Valuyev, indi də Matveyev. Dumanın spikeri Vyaçeslav Volodin hara baxır?

Azər Badamov

Deputat Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Rusiya Dövlət Dumasının bəzi deputatları tərəfindən Azərbaycan və azərbaycanlılara qarşı təhqir və qərəz doğuracaq ifadələrin işlədilməsi heç də iki ölkə arasında imzalanmış qarşılıqlı müttəfiqlik haqqında sənədin ruhuna uyğun deyil: “Doğrudur, deputat fikir ifadə etməkdə sərbəstdir. Amma bu, millətləri aşağılayacaq ifadələrlə xalqlar və dövlətlər arasında nifaqın salınmasına xidmət etməməlidir. Təbii ki, belə deputatların açıqladığı fikirlərin zərərli olması barəsində parlamentin rəhbərliyi tərəfindən izah olunmalı və intizam komissiyasına çıxarılaraq müvafiq qaydada tənbeh olunmalıdır. Amma bu, baş vermədikdə isə onlarda özbaşınalıq yaranır və dövlətlər arasında münasibətlərdə soyuqluğun meydana gəlməsinə yol açan hərəkətlərdən çəkinmirlər. Həm də deputat öz vətəndaşını milli, etnik və dini mənsubiyyətinə görə aşağılamamalı, öz milli mənsubiyyətini digərlərindən üstün tutmamalıdır. Əgər belə hal baş verirsə, bu, milli, etnik və dini ayrı-seçkiliyin qızışdırılması kimi dəyərləndirilməlidir. Belə ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevin Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığına görə "Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir" ifadəsini işlətməsi deputat etikasına uyğun gəlməyən bir hərəkətdir. Məgər Mixail Matveyev bilmir ki, Azərbaycanda aul yoxdur?"

Deputat qeyd edib ki, ikincisi isə Cəlil Rəfiyev azərbaycanlı olsa da Rusiya vətəndaşıdır: “Onda belə çıxır ki, Rusiyada başqa millətdən olan vətəndaşlar deputat seçilməməlidir? Həm də Rusiyanın konstitusiyasında  deputatlığa namizəd şəxsin təhsilli olması və onun qanun çərçivəsində göstərilən fəaliyyətin nədən ibarət olması ilə bağlı tələb yoxdur. Amma Matveyevin düşüncəsi ilə deputat ancaq etnik ruslardan seçilməli, ticarətlə məşğul başqa millətdən  olan vətəndaşlar deputat seçilməməlidir”.

A.Badamov hesab edir ki, Dövlət Dumasının rəhbərliyi müvafiq addımlar atmalıdır.

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov isə məsələyə bu cür mövqe bildirib: “Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən Azərbaycana qarşı dil uzadanların sayı getdikcə artmaqdadır. Zatulin, ondan əvvəlkilər və indi Matveyev - bütün bu şəxslər Azərbaycana qarşı təhqiramiz fikirlər səsləndirirlər. Ümumilikdə bu ifadələri təhlil etdikdə aydın görünür ki, burada açıq-aşkar irqçilik və ksenofobiya əlamətləri var. Azərbaycan və azərbaycanlılar haqqında bu cür fikirləri dilə gətirmək, bu cür mövqe sərgiləmək həmin şəxslərin hansı təfəkkürə sahib olduqlarını bir daha açıq şəkildə göstərir. Əslində bu təfəkkür və düşüncə tərzi uzunmüddətli perspektivdə Rusiyanın özü üçün də olduqca təhlükəlidir.

Bundan əlavə, qanunverici orqanın nümayəndəsinin belə bir açıqlama verməsi və bu cür mövqe bildirməsi ciddi müzakirə mövzusudur. Haqlı olaraq sual doğurur ki, bir qanunverici orqanın nümayəndəsi necə beynəlxalq və yerli hüquq normalarını pozaraq bu cür bəyanatlar verə bilər? Azərbaycanlılar uzun illərdir Rusiyada yaşayır, bu ölkənin dövlətçiliyinin və inkişafının möhkəmlənməsinə öz töhfələrini verirlər. Yəni onlar sadəcə bu gün deyil, illərdir bu ölkənin bir hissəsi olaraq onun tərəqqisinə xidmət edirlər və bu prosesdə fəal iştirak edirlər.

Belə münasibət və yanaşma isə təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə Rusiyanın daxilində milli və dini zəmində münaqişə riskini artırır, gərginlik ocaqları yaradır və ölkəni uçuruma doğru sürükləyir. Belə açıqlamalar və bəyanatlar, bu cür təfəkkür, baxış və yanaşma, vəziyyəti daha da gərginləşdirir".

Millət vəkili təəssüflə bu cür məsələlərə heç bir rəsmi reaksiya verilmədiyini deyib: “Üstəlik, nəzərə almaq lazımdır ki, artıq dünyada rusiyalılara qarşı proseslər sürətlənir. Rusiya dövləti və rus milləti beynəlxalq aləmdə getdikcə arzuolunmaz, sevilməz bir imic qazanır. Onların keçmiş sovet ölkələri ilə azdan-çoxdan saxladığı münasibətlər də getdikcə pozulur. Bu münasibətlərin məhv edilməsindən sonra, demək olar ki, onlara qarşı normal münasibət bəsləyən bir ölkə belə qalmayacaq. Bu isə, qeyd etdiyim kimi, bütövlükdə keçmiş sovet məkanında, keçmiş sovet respublikalarında Rusiyaya nifrət, küdurət və xoşagəlməz münasibətin formalaşmasına gətirib çıxaracaq. Nəticədə bu, həm dövlət, həm də xalq üçün ciddi problemlər yaradan məsələyə çevriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri