Icma.az
close
up
RU
Rusiyada cəsədi donuzlar tərəfindən didişdirilmiş məktəblinin qətliylə bağlı istintaq bitdi

Rusiyada cəsədi donuzlar tərəfindən didişdirilmiş məktəblinin qətliylə bağlı istintaq bitdi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya İstintaq Komitəsi (İK) ötən ilin noyabrında Krasnoyarsk diyarının Ujur rayonundakı donuz fermasında meyiti tapılan 17 yaşlı qızın qətli ilə bağlı istintaqın başa çatdığını açıqlayıb.

Oxu.Az bu barədə vesti.ru-ya istinadən xəbər verir.

Məlumata görə, Ujur rayonunun Uşkanka kəndində yaşayan 41 yaşlı şəxs qəsdən və xüsusi amansızlıqla törədilmiş qətldə, başqa bir cinayəti gizlətmək məqsədilə hərəkətlərdə, yetkinlik yaşına çatmayan şəxsə qarşı onun köməksiz vəziyyətindən istifadə edərək seksual xarakterli hərəkətlərdə və böyük məbləğdə maddi ziyan vurmaqla oğurluqda ittiham olunur.

İstintaq Komitəsinin açıqlamasına görə, qızın ölümü kəskin qan itkisi nəticəsində baş verib.

Təqsirləndirilən şəxs günahını qismən etiraf edib. Hazırda cinayət işi ittiham aktının təsdiqlənməsi üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 23-də Uşkanka kəndində donuz axurunda 11-ci sinif şagirdi olan qızın heyvanlar tərəfindən didilmiş cəsədi tapılıb. 17 yaşlı məktəblini gecə yarısına yaxın onunla görüşə gələn həmyaşıd dostu aşkar edib. Məlumata görə, dostu qızı evdə tapa bilməyib, tövləni yoxlayanda isə dəhşətli mənzərə ilə üzləşib. O, kömək üçün qonşulara qaçıb, lakin qızı xilas etmək artıq gec olub. Hadisə yerinə gələn tibb işçiləri yalnız ölümü təsdiq edə biliblər.

Qızın başında və bədənində çoxsaylı xəsarətlər qeydə alınıb. İstintaq ilkin olaraq qızın öküzün zərbəsi və ya donuzların hücumu nəticəsində ölə biləcəyi versiyasını araşdırıb. Sonradan isə onun əslində, qonşusu tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Açıqlamada bildirilir ki, şübhəlinin qızın atası ilə şəxsi münaqişəsi olub. Cinayət də məhz bu düşmənçilik zəminində baş verib. Hadisə zamanı ev sahibləri bazara gediblər. Bu vaxt qonşu mal-qaranı öldürmək məqsədilə sərxoş vəziyyətdə təsərrüfat binasına daxil olub. Qapıda 17 yaşlı qızla rastlaşan şübhəli, onun başına ağacla zərbə endirib. Qız geri çəkilərkən ikinci zərbəni vurub. Məktəbli huşunu itirəndə isə kişi ona təcavüz edib.

İstintaq onu da müəyyən edib ki, şübhəli 2003-cü ilin aprelində qəsdən ağır bədən xəsarəti yetirmə və ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə beş il həbs cəzasına məhkum edilib. Lakin 2007-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Bundan başqa, onun "oğurluq" maddəsi ilə iki dəfə məhkumluğu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri