Rusiyada daha bir zavod bağlandı Benzin qıtlığı pik həddə KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“Slavneft-Yaroslavnefteorqsintez” (YANOС) neft emalı zavodu sentyabrın 17-nə keçən gecə baş verən dron hücumu nəticəsində neft emalını və yanacaq istehsalını dayandırıb.
KONKRET.az xəbər verir ki, zavodda müəssisənin gücünün 40 faizini təmin edən AVT-3 neft emalı qurğusu zədələnib. Region rəhbəri Mixail Yevrayev zavodda zədələnmənin və yanğının baş verdiyini təsdiqləyib. Yanğın bir neçə saat ərzində söndürülüb.
KİV Yaroslavldakı “Slavneft” zavodunu xammal emalının həcminə görə Rusiyanın beş ən iri neft emalı müəssisəsi sırasına daxil edir. Belə ki, AVT-3 qurğusu sutkada təxminən 17 min metrik ton xammal emal edə bilirdi. Zavod hər il bazarlara 2,6 milyon tondan çox benzin və 4 milyon ton dizel yanacağı tədarük edirdi. Bununla yanaşı, YANOС Moskvaətrafı vilayəti yanacaqla təmin edirdi.
2026-cı ildə müəssisədə PUA hücumları səbəbindən ən azı səkkiz dəfə yanğın baş verib. KİV qeyd edir ki, avqustun 28-nə keçən gecə zavodda YANOС-un gücünün təxminən 33 faizini təmin edən daha bir qurğu – AVT-4 sıradan çıxarılıb. Həmin qurğunun işi hələ də bərpa olunmayıb.
Ağagül Mürsəlov,
KONKRET
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















