Rusiyada fantastik filmi xatırladan oğurluq Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Moskva vilayətindən olan uzun qollu mexanik Yaponiyada fantastik oğurluq edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Belə ki, o, elektrik mişarı ilə Tokiodakı mağazalardan birinin divarını deşib və 4 milyon rubl dəyərində 14 ədəd Omega və Rolex saatı oğurlayıb.
Məlumata görə, Tokionun ən prestijli Ginza rayonundakı oğurluğu Dmitrovdan olan 36 yaşlı Roman Kotelnikov həyata keçirib.
O, Rusiyada məşhur bir kassa oğrusu idi, lakin dırnağarası biznes çox pul gətirməyib. Buna görə də, Roman öz bacarığından bir qədər fərqli istifadə etmək qərarına gəlib və Tokioya yollanıb.
Təxminən gecə saat 2 radələrində o, lüks marka mallar satılan mağazasına yaxınlaşıb, divarda təxminən 10 sm diametrli deşik açıb, əlini bu yerə soxub və 14 ədəd dəbdəbəli "Rolex" və "Omega" saatlarını oğurlayıb, sonra isə yoxa çıxıb.
Bütün malların ümumi qiyməti təxminən 42 min dollar olub.
Roman ərazidən uzaqlaşarkən kürək çantasını unudub, yerli polis cinayət yerini araşdırarkən onu mağazanın yaxınlığında aşkarlayıb. İçərisində müxtəlif alətlər, o cümlədən mişar və qazma var idi. Həmin şəxs artıq saxlanılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Dekabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















