Rusiyada gecə kabusu: PUA lar şəhərləri vurdu, ölənlər var
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ukraynanın Rusiyaya kütləvi PUA hücumu zamanı ölənlər və yaralananların sayı artıb.
Modern.az xəbər verir ki, Ukrayna sentyabrın 7-nə keçən gecə Rusiyanın müxtəlif bölgələrinə kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.
Hücumlar nəticəsində ən azı 4 nəfərin öldüyü, bir neçə şəxsin yaralandığı bildirilir.
Permdə PUA çoxmərtəbəli binaya çırpılıb. Region qubernatoru Dmitri Maxoninin məlumatına görə, bir nəfər ölüb, 4 nəfər yaralanıb. Perm vilayətinin səmasında ümumilikdə 27 PUA-nın vurulduğu açıqlanıb.
Sevastopolda isə PUA hücumu nəticəsində 2011-ci il təvəllüdlü qız uşağı həlak olub. Şəhər qubernatoru Mixail Razvojaev bildirib ki, ağır yaralanan uşaq xəstəxanaya aparılarkən təcili yardım avtomobilində dünyasını dəyişib. Daha 3 nəfər yaralanıb. Onlardan bir kişinin vəziyyətinin kritik olduğu və komada qaldığı bildirilir.
Belqorod vilayətində də PUA-nın avtomobilə zərbəsi nəticəsində iki nəfərin öldüyü, daha iki nəfərin yaralandığı açıqlanıb. Voronej vilayətində PUA qalıqları qeyri-yaşayış binasında yanğına səbəb olub, bir neçə ev və avtomobilə ziyan dəyib.
Mariupolda isə hücumdan sonra iri “Qalaktika” ticarət mərkəzində güclü yanğın başlayıb. Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 306 Ukrayna PUA-sının məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, Ukrayna tərəfi də eyni gecə Rusiyanın Zaporojyeyə hücum etdiyini bildirib. Ukrayna mediasının məlumatına görə, PUA ticarət mərkəzinin binasına düşüb və yanğın baş verib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 Sentyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















