Icma.az
close
up
RU
Rusiyada generallara qarşı silsilə terror aktlarının qarşısı alınıb Kəşfiyyat xidməti AzPolitika onlayn siyasiictimai qəzet

Rusiyada generallara qarşı silsilə terror aktlarının qarşısı alınıb Kəşfiyyat xidməti AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinə və onların ailə üzvlərinə qarşı silsilə terror aktlarının qarşısını aldığını iddia edir.

FTX-nın məlumatına görə, cinayətləri Ukrayna xüsusi xidmət orqanları hazırlayıb və Rusiya vətəndaşlarını işə cəlb edib. Əməliyyat zamanı dörd rusiyalı saxlanılıb. Onları ömürlük həbsə qədər cəza gözləyir.

Kəşfiyyat xidməti verdiyi açıqlamada cinayəti törədənlərdən birinin 2020-ci ildən Ukraynada yaşayan rus olduğunu bildirib. 2024-cü ilin noyabrında o, deportasiya adı altında Moldova və Gürcüstan vasitəsilə Moskvaya gəlib. Moskvada o, anbardan enerji bankı kimi maskalanmış əldəqayırma partlayıcı qurğunu götürüb. Saxlanılan şəxsin yaxın qohumu olan Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbərlərindən birinin xidməti avtomobilinin altına qoymaq tapşırığı alıb.

FTX bildirir ki, daha bir yüksək rütbəli rusiyalı hərbçi sənədlər olan qovluqda gizlədilmiş bomba ilə partladılması planlaşdırılıb və bu bomba Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə iki rus tərəfindən çatdırılmalı idi.

Kəşfiyyat xidməti həmçinin Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri və ailə üzvlərinin yaşayış və iş yerlərində kəşfiyyat aparmaqda şübhəli bilinən Moskva sakininin saxlanıldığını açıqlayıb. FTX-nın bildirdiyinə görə, o, çəkdiyi foto və videoları “terror hücumlarının sonrakı hazırlanması üçün idarəçilərinə” göndərib.

Saxlanılan 4 nəfərdən əldəqayırma partlayıcı qurğular və rabitə vasitələri müsadirə edilib. FTX bildirir ki, cinayətin hazırlanmasındakı rolundan asılı olaraq, onlar partlayıcı maddələrin qanunsuz dövriyyəsi, terror aktına hazırlıq və dövlətə xəyanət maddələri ilə ittiham olunublar.

Dekabrın 17-də Moskvada partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olub. Müstəntiqlərin fikrincə, partlayıcı qurğu generalın çıxdığı evin girişində dayanan skuterə bərkidilib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri