Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Rusiyada hüquqlarımızı necə qoruyaq? “Azərbaycan vətəndaşı öz ölkəsinə ekstradisiya edilir”

Rusiyada hüquqlarımızı necə qoruyaq? “Azərbaycan vətəndaşı öz ölkəsinə ekstradisiya edilir”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Müasir dövrdə beynəlxalq miqrasiya, əmək miqrasiyası və xaricdə yaşayan vətəndaşların sayı artdıqca, onların hüquqlarının qorunması məsələsi daha aktual xarakter alır. Xüsusilə, xarici ölkələrdə hüquq-mühafizə orqanları ilə üz-üzə qalan, saxlanılan və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərin hüquqlarının müdafiəsi həm hüquqi, həm də insani baxımdan ciddi əhəmiyyət daşıyır.

Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normaları, xüsusilə də konvensiyalar, belə hallarda vətəndaşların hüquqlarının qorunmasını təmin etmək üçün mühüm mexanizmlər nəzərdə tutur. Ana dilində müdafiə hüququndan tutmuş konsulluq yardımlarına qədər bir çox proseslər mövcuddur ki, bunların düzgün və vaxtında tətbiqi hər bir vətəndaşın ədalətli mühakimə olunması üçün vacibdir.

Hazırkı gərginlik fonunda Rusiyada saxlanılan və ya mühakimə olunan Azərbaycan vətəndaşlarının hüquqları necə qorunur? Konsulluq xidmətləri bu prosesə necə müdaxilə edir? Hüquqi yardımlar necə və nə zaman göstərilir?  pizza mizza

"Əcnəbi vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən prosesə cəlb olunduqda, gedişat onların başa düşdüyü dildə – yəni ana dillərində aparılmalıdır".

Bunu "Yeni Sabah"a vəkil Ramil Süleymanov bildirib.

O vurğulayıb: "Ümumiyyətlə, bu, bütün dünya üzrə qəbul olunmuş və beynəlxalq hüquq sisteminin əsas tələblərindən biridir: müasir dünyada əcnəbi vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən prosesə cəlb olunduqda və ya hər hansı bir sorğu-suala tutulduqda, bu gedişat onların başa düşdüyü dildə, yəni ana dillərində aparılmalıdır.

Cinayət Prosessual Məcəllənin 26.2.1-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçılarına öz ana dillərindən istifadə etmək hüququ təmin edilir. Həmçinin, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququ təqdim olunur.

Eyni zamanda, şəxsin materiallarla tanış olması üçün həmin sənədlər onun ana dilinə tərcümə olunaraq təqdim edilir".

Vəkil qeyd edib ki, bu proses "ümumi hüquq"un əsas prinsiplərindən biridir:

"Bu prinsip yalnız Azərbaycanda deyil, Rusiyanın da Cinayət Prosessual Məcəlləsində əksini tapıb. Çünki bu, müasir hüquq sistemində "ümumi hüquq"un əsas prinsiplərindən biridir və dövlətlərin beynəlxalq konvensiyalarla üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində təmin edilir. Doğrudur, Rusiya kimi dövlətlər bəzən beynəlxalq konvensiyalara formal yanaşsa da, ümumi hüquq anlayışı bu şəkildə qəbul olunmuş normativ çərçivəyə əsaslanır.

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının cinayət prosesi zamanı hüquqi yardımla təmin olunması məsələsinə gəldikdə isə bu, Azərbaycan Respublikası Konstitusiyasının 53.3-cü maddəsində açıq şəkildə təsbit olunub. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda – istər müvəqqəti, istərsə də daimi yaşayan vətəndaşların hüquqi müdafiəsinə dövlət tam təminat verir və onların maraqlarına hamilik edir".

Ramil Süleymanovun sözlərinə görə, xarici ölkələrin məhkəmə zallarında prosesə cəlb olunan şəxslərlə bağlı keçirilən məhkəmə iclaslarını Azərbaycan Respublikasının səfirliyi və konsulluq əməkdaşları maneəsiz şəkildə izləmək hüququna sahibdir:

"Bu kontekstdə, ayrı-seçkiliyə məruz qalan vətəndaşlar, yaxud onların ailə üzvləri, yaşadıqları ölkələrdəki Azərbaycan Respublikasının Konsulluq idarələrinə və səfirliyinə müraciət etməklə hüquqi müdafiə hüququndan yararlana bilərlər. Onlar tutulmuş ailə üzvlərinin vəkillə təmin olunmasını rəsmi şəkildə tələb etmək hüququna malikdirlər. Məlum hüquqi təcrübəyə əsasən, həmin ölkələrin məhkəmə zallarında prosesə cəlb olunan şəxslərlə bağlı keçirilən məhkəmə iclaslarını Azərbaycan Respublikasının səfirliyi və konsulluq əməkdaşları maneəsiz şəkildə izləmək hüququna sahibdirlər. Şəxslər öz vəkillərini də müstəqil şəkildə cəlb edə bilərlər".

Ramil Süleymanov bildirib ki, konsulluq əməkdaşları vəkillərlə birlikdə apellyasiya və kassasiya instansiyalarında vətəndaşın hüquqlarının müdafiəsi prosesini davam etdirməyə borcludur:

"Məhkəmə başa çatdıqdan sonra çıxarılan ittiham hökmü müvafiq ölkənin cinayət qanunvericiliyinə uyğun tərtib olunur. Bu mərhələdən sonra konsulluq əməkdaşları vəkillərlə birlikdə apellyasiya və kassasiya instansiyalarında vətəndaşın hüquqlarının müdafiəsi prosesini davam etdirməyə borcludurlar. Yalnız bu prosedurlar başa çatdıqdan və şəxs cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra ailə üzvləri tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edilməklə həmin şəxsin ekstradisiyası, yəni Azərbaycan Respublikasına qaytarılması prosesi başlana bilər. Əgər Rusiya Federasiyası bu müraciəti müsbət qarşılayarsa, məsələ ilə bağlı məhkəmə keçirilir və razılıq əldə olunduğu təqdirdə Azərbaycan vətəndaşı öz ölkəsinə ekstradisiya edilir".

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see132

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri