Icma.az
close
up
RU
Sahibkarlıq: Azərbaycanın liberal iqtisadiyyatı şərtləri

Sahibkarlıq: Azərbaycanın liberal iqtisadiyyatı şərtləri

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsi və dövlət-biznes münasibətlərinin müasir standartlara uyğunlaşdırılması uzun müddətdir aparılan islahatların əsas istiqamətlərindən biri hesab olunur.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər göstərir ki, ölkələrin rəqabət qabiliyyəti təkcə təbii sərvətlər və maliyyə resursları ilə deyil, daha çox onların yaratdıqları institusional mühit və bu mühitin biznes üçün nə dərəcədə əlverişli olması ilə ölçülür. Məhz buna görə də iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun payının artırılması və sahibkarların təşəbbüskarlığının stimullaşdırılması kimi hədəflər indiki mərhələdə strateji prioritet kimi dəyərləndirilir.

Son illər ərzində bir sıra sahələrdə mühüm addımlar atılsa da, müstəqil ekspertlərin fikrincə, sahibkarlığın real inkişafı yalnız güzəştlər və dəstək paketləri ilə məhdudlaşmır. Əsas məsələ biznes üçün proqnozlaşdırılan qaydaların mövcudluğu, hüquqi mühitin sabitliyi, rəqabətin qorunması və iqtisadi oyun qaydalarının bərabər şəkildə tətbiq olunmasıdır.

Sahibkarların öz investisiyalarını artırmaq və daha riskli layihələrə girmək üçün ilk növbədə etibarlı məhkəmə sistemi, şəffaf qərarvermə mexanizmləri və dövlət qurumları ilə münasibətlərdə minimum bürokratiya tələb olunur. Bu amillər təmin olunmadığı halda isə istənilən güzəşt və ya maliyyə dəstəyi qısa müddətli effekt yaradır, uzunmüddətli iqtisadi dinamikanı isə təmin edə bilmir.

Xalid Kərimli: Müqavilə öhdəliklərinin sürətli təmin olunması üçün qanunvericilik dəyişdirilməlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, dövlət azad sahibkarlığı və liberal iqtisadiyyatı təşviq etmək üçün bir sıra tədbirlər görməlidir.

İqtisadçı bildirib ki, ilk növbədə, dövlət sektoru tənzimlənməli və bəzi dövlət müəssisələri özəlləşdirilməlidir ki, dövlətin payı azalsın, sahibkarların payı artsın.

Ekspertin fikrincə, ədalətli məhkəmə sistemi qurulmalıdır ki, sahibkar öz hüquqlarının təmin ediləcəyinə əmin olsun və hüquq orqanlarının effektiv işlədiyini bilsin.

“Üçüncüsü, müqavilə öhdəliklərinin sürətli təmin olunması üçün qanunvericilik dəyişdirilməlidir. Çünki bəzi mübahisələr illərlə məhkəmələrdə davam edir və sahibkar uzun müddət nəticə gözləyə bilmir”.

Rəqabət mühitinin yaxşılaşdırılmalı olduğunu vurğulayan X.Kərimli Rəqabət Məcəlləsi qüvvəyə minsə də, praktiki həyatda onun təsirinin hiss edilmədiyini bildirib. İnhisarçılıq və uyğunlaşdırılmış hərəkətlərlə rəqabət pozuntularına qarşı tədbirlər görülməlidir ki, sahibkar zərər görməsin.

Müsahibimiz qeyd edib ki, dövlət sahibkarların kredit resurslarına çıxışını asanlaşdırmalıdır. Mövcud kredit mexanizmləri yetərli deyil, xüsusən mikro və kiçik sahibkarlar üçün kredit götürmək çətindir. Onun sözlərinə görə, ölkədə yüksək faizlə kredit götürərək iş qurmaq praktik olaraq mümkün deyil.

“Həmçinin inzibatçılıq prosesi sadələşdirilməli, dövlətlə münasibətlər asanlaşdırılmalı və korrupsiya ilə bürokratiya aradan qaldırılmalıdır",- deyə müsahibimiz əlavə edib.

Eldəniz Əmirov: Dövlətin dəstəkləyici və tənzimləyici alətləri önəm daşıyır

İqtisadçı ekspert Eldəniz Əmirov isə Bakıvaxtı.az-a bildirir ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın tam uğur qazanması üçün onların prinsiplərinə əməl edilməlidir. Bu prinsiplərdən biri hüquqi mühitin olmasıdır. 

“Məhkəmə məsələləri və qaydalar sabit olmalıdır, tez-tez dəyişməməlidir. Hüquqi mühitin sabit olması sahibkar üçün müəyyənlik yaradır”.

Onun sözlərinə görə, bir digər prinsip isə güclü rəqabət mühitidir. Ekspert qeyd edir ki, antiinhisat siyasətinin effektiv icrası iqtisadiyyatın inkişafını və liberal iqtisadiyyatın genişlənməsini dəstəkləyir.

“Daha sonra dövlətin dəstəkləyici və tənzimləyici alətləri önəm daşıyır. Buraya vergi və gömrük güzəştləri, yoxlamaların azaldılması, rüsumların minimallaşdırılması və digər maneələrin aradan qaldırılması daxildir”.

E.Əmirovun fikrincə, hüquqi sabitlik və rəqabət mühiti varsa, iqtisadiyyat inkişaf edir. Dövlətin dəstəkləyici mexanizmləri bu inkişafı daha da gücləndirir:

“Lakin hüquqi və rəqabət prinsipləri yoxdursa, dövlətin dəstəyi nə qədər çox olsa da, effekt əldə olunmur”.

Hazırkı mərhələdə biznes mühitindəki əsas çağırışlardan biri rəqabət institutlarının yetkin olmamasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sərbəst bazar iqtisadiyyatının özlüyündə formalaşması mümkün deyil; bunun üçün dövlətin tənzimləyici funksiyası və antiinhisar siyasətinin effektiv icrası zəruridir.

Bu xüsusda iqtisadi çevikliyin artırılması, idarəetmədə şəffaflığın yüksəldilməsi, özəl sektorun payının artırılması və dövlət müəssisələrinin bir qisminin bazar mexanizmlərinə uyğunlaşdırılması kimi məsələlər yenidən aktuallaşır.

Belə bir şəraitdə Azərbaycanda sahibkarların fəaliyyətini məhdudlaşdıran institusional maneələrin aradan qaldırılması, mübahisələrin operativ həlli mexanizmlərinin gücləndirilməsi və maliyyə resurslarına çıxışın sadələşdirilməsi həm iqtisadi artım, həm də sosial rifah baxımından əsas hədəflərdən biri kimi qiymətləndirilir.

Bu məsələlərin hər birinin kompleks şəkildə həll olunması ölkədə liberallaşma siyasətinin uğurla davam etməsinə və özəl sektorun iqtisadiyyatın aparıcı dayağına çevrilməsinə zəmin yarada bilər.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri