Icma.az
close
up
RU
Rusiyada miqrantlara qarşı total yürüş

Rusiyada miqrantlara qarşı total yürüş

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkənin xarici işçi qüvvəsinə tələbatı isə artır

Rusiyada miqrant olmaq getdikcə çətinləşir. Bir vaxtlar ölkənin əmək bazarındakı boşluqları dolduran, tikintidən xidmət sektorunadək müxtəlif sahələrdə çalışan milyonlarla əcnəbi indi sərt miqrasiya qaydaları, artan nəzarət və yeni məhdudiyyətlərlə üzləşiblər.

İki gün əvvəl Rusiya Federasiya Şurasında keçirilən hökumət saatında daxili işlər naziri Vladimir Kolokoltsev miqrasiya sahəsindəki vəziyyət, qanunsuz miqrasiyaya qarşı mübarizə və yeni qanunvericilik təşəbbüsləri barədə məlumat verdi. Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı isə hakimiyyətin miqrantlardan gözləntilərini açıq şəkildə göstərdi.

Qaydalar sərtləşir

Rusiyanın miqrasiya siyasətində sərtləşmə təkcə yeni qanunlar, cərimələr və ölkəyə giriş qadağaları ilə məhdudlaşmır. Hakimiyyətin əcnəbilərdən gözləntiləri də dəyişir. Artıq miqrantlardan yalnız işləmək və qanunlara əməl etmək deyil, həm də Rusiya cəmiyyətinin həyat tərzinə, mədəniyyətinə və ənənələrinə uyğunlaşmaq tələb olunur.

V.Matviyenkonun səsləndirdiyi fikirlər bu yanaşmanı aydın nümayiş etdirdi. O bildirib ki, Rusiyada yaşayan miqrantlar yerli cəmiyyətə inteqrasiya etməli, ölkənin həyat tərzini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Onun fikrincə, əcnəbilər qapalı anklavlar yaratmaq əvəzinə, yaşadıqları cəmiyyətin bir hissəsinə çevrilməlidirlər. Matviyenko hətta multikulturalizm konsepsiyasının özünü doğrultmadığını bildirib.

Bu çıxışın diqqətçəkən tərəfi odur ki, Moskva artıq miqrasiyaya yalnız əmək bazarının ehtiyacları prizmasından yanaşmır. Söhbət həm də qapalı miqrant icmalarının yaranmasının qarşısının alınmasından gedir.

Vladimir Kolokoltsevin açıqladığı statistika Rusiyanın miqrasiya sahəsində nəzarəti hansı miqyasda gücləndirdiyini göstərir. Nazirin sözlərinə görə, 2026-cı ilin ilk 9 ayında Rusiyaya, təxminən, 7 milyon xarici vətəndaş daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır. Oktyabrın 1-nə ölkədə, təxminən, 6 milyon əcnəbi olub. Onların arasında qanuni əmək fəaliyyəti ilə məşğul olanların payı isə 45 faizdən 50 faizə yüksəlib.

Digər göstəricilər də diqqət çəkir. Rusiyaya girişi qadağan edilən əcnəbilərin sayı 290 minə çatıb. Bu, 2025-ci illə müqayisədə, təxminən, iki dəfə çoxdur. Son üç ildə 5 mindən çox keçmiş əcnəbi vətəndaş barəsində vətəndaşlığa xitam verilməsi ilə bağlı qanunvericilik müddəaları tətbiq olunub. Miqrasiya qaydalarını pozduqlarına görə, təxminən, 7 min əcnəbi uşaqları ilə birlikdə ölkəni tərk edib.

Mərkəzləşmiş nəzarət

Kremlin yeni miqrasiya siyasətinin əsas istiqamətlərindən biri sənədləşmə prosesinin mərkəzləşdirilməsidir. Kolokoltsevin sözlərinə görə, əcnəbilərin sənədlərini yalnız DİN-in Pasport-Viza Xidməti və Moskva şəhərinin çoxfunksiyalı mərkəzləri qəbul edəcək. Vasitəçi qurumların bu prosesdə iştirakına icazə verilməyəcək.

Miqrasiya sənədləri üçün tələb olunan tibbi müayinələrin də yalnız dövlət tibb müəssisələrində aparılması planlaşdırılır. Moskva və Moskva vilayətində mobil tətbiq vasitəsilə həyata keçirilən nəzarət eksperimenti də bu siyasətin tərkib hissəsidir. Nazirin bildirdiyinə görə, rəqəmsal sistemin tətbiqindən sonra regionda saxta sənədlərin hazırlanması və istifadəsi ilə bağlı cinayətlərin sayı 3 dəfə azalıb.

Digər tərəfdən, qanunsuz miqrant əməyindən istifadə edən işəgötürənlər üçün cərimələrin artırılması təklif olunur. Yeni təşəbbüsə əsasən, tikinti obyektlərində baş podratçılar və sifarişçilər miqrasiya qanunvericiliyinə əməl olunmasına görə məsuliyyət daşımalıdırlar. İlk pozuntuya görə 500 - 800 min rubl, təkrar pozuntuya görə isə 1,5 - 2,5 milyon rubl cərimə nəzərdə tutulur.

Anklavlara qarşı mübarizə

Rusiyanın yeni miqrasiya siyasətində diqqətçəkən istiqamətlərdən biri də qapalı miqrant icmalarının formalaşmasının qarşısını almaqdır. Dmitri Medvedevin tapşırığı ilə DİN region rəhbərləri üçün belə anklavların yaranmasına mane olmağa və mövcud icmaların dağılmasına yönəlmiş tövsiyələr hazırlayıb.

Kolokoltsev bildirib ki, bu problem yalnız hüquq-mühafizə tədbirləri ilə həll edilə bilməz. İri işəgötürənlərin xarici işçiləri yaşayış yeri ilə təmin etməsi də vacib amillərdən biridir. Hakimiyyəti narahat edən əsas məsələlərdən biri belə icmalarda qanunsuz fəaliyyətlərin və kriminal qrupların təsirinin artması ehtimalıdır.

Moskva hesab edir ki, qapalı icmalarda qanunsuz əmək fəaliyyəti, sənədsiz yaşayış və digər hüquq pozuntularına nəzarət etmək çətinləşir. Bundan başqa, yerli əhali ilə miqrantlar arasında gərginlik də yarana bilər.

Əslində, miqrantların eyni ərazidə məskunlaşması heç də həmişə onların şəxsi seçimi deyil. Dil baryeri, maddi çətinliklər, yaşayış imkanlarının məhdudluğu və işəgötürəndən asılılıq onları daha çox həmyerlilərinin yaşadığı ərazilərə yönəldir. Bu səbəbdən anklavlarla mübarizənin yalnız inzibati məhdudiyyətlər üzərində qurulması problemi aradan qaldırmaya bilər.

Deməli, Moskvanın məqsədi təkcə qapalı icmaları dağıtmaq deyil, miqrantların yaşayışına və fəaliyyətinə nəzarəti gücləndirməkdir. Burada inteqrasiya ilə inzibati təzyiq arasındakı sərhəd getdikcə daralır. Əsas sual isə budur: Rusiya miqrantları cəmiyyətə inteqrasiya etməyə çalışır, yoxsa onların həyatını dövlət nəzarətinə almaq istəyir?

İşçi qüvvəsi çatmırsa...

Miqrasiya qaydalarını sərtləşdirən Rusiya xarici işçi qüvvəsinə ehtiyac duymaqda davam edir. Tikinti, kənd təsərrüfatı, nəqliyyat və xidmət sektorunda miqrantların əməyindən geniş istifadə olunur. Bu isə sərt miqrasiya siyasəti ilə iqtisadiyyatın real tələbatı arasında ziddiyyət yaradır. Xarici işçilərin azalması bir sıra sahələrdə kadr çatışmazlığını daha da dərinləşdirə bilər.

Bu ziddiyyət Rusiyada çalışan azərbaycanlılar üçün də xüsusi əhəmiyyət daşıyır. Soydaşlarımız uzun illərdir Rusiya əmək bazarında fəal iştirak edirlər. ICMPD-nin 2026-cı il hesabatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarına Rusiyada əmək fəaliyyəti üçün verilən patentlərin sayı 18 faiz artaraq 66 mini ötüb. 2026-cı ilin ilk yarısında isə 62 min 440 Azərbaycan vətəndaşı Rusiyaya işləmək məqsədilə gedib.

Yeni qaydalar onların Rusiyada yaşamasına və işləməsinə də təsir göstərir. 2025-ci ildən Azərbaycan vətəndaşlarının ölkədə qalma müddəti ildə 90 günlə məhdudlaşdırılıb, işləmək istəyənlər isə 30 gün ərzində patent üçün müraciət etməlidirlər. Bu səbəbdən sənədlərin qaydasında saxlanılması və miqrasiya tələblərinə əməl edilməsi vacibdir. Əks halda, cərimə və deportasiya riski ilə üzləşmək mümkündür.

Beləliklə, Moskva bir tərəfdən miqrasiya nəzarətini gücləndirir, digər tərəfdən iqtisadiyyatın xarici işçi qüvvəsinə ehtiyacını ödəməyə çalışır. Bu siyasətin əsas ziddiyyəti məhz bundadır: miqrantlara qarşı tələblər nə qədər sərtləşsə də, onların əməyinə olan tələbat aradan qalxmır.

Rusiya üçün əsas sınaq miqrantların ölkəyə girişini məhdudlaşdırmaq deyil, əmək bazarını işçi qüvvəsindən məhrum etmədən miqrasiyanı tənzimləməkdir. Çünki sərt qaydalarla miqrant axınını azaltmaq mümkündür, lakin onların iqtisadiyyatda tutduğu yeri qısa müddətdə doldurmaq o qədər də asan deyil.

Ə.PÜNHAN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2026 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri