Icma.az
close
up
RU
Rusiyada müsəlmanlarla bağlı fətvaya etirazlar başladı

Rusiyada müsəlmanlarla bağlı fətvaya etirazlar başladı

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verilib.

Turkustan.az xəbər verir ki, bu qərarı Rusiya Müsəlmanları Ruhani İdarəsinin (MDM) Üləmalar Şurası qəbul edib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva müftisi İldar Alyautdinov fətvanın mahiyyətində Rusiya dövləti tərəfindən tanınmayan və hüquqi nəticələrə səbəb olmayan dini nikah dayanır. Alyautdinov bildirib ki, “bir kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikah bağlamasına icazə verilməsi bir neçə səbəbdən zəruridir. Məsələn, arvad səhhətinə və ya yaşına görə uşaq dünyaya gətirə bilmirsə, həmçinin ər-arvad cinsi baxımdan uyğun gəlmirsə başqa qadınlarla da nikaha girə bilər. Müfti əlavə edib ki, bütün arvadlar maddi olaraq bərabər şəkildə təmin edilməli, ayrıca mənzilləri olmalı, onunla bərabər vaxt keçirilməlidir: "Bu şərtlər yerinə yetirilməzsə, kişiyə çoxarvadlı nikaha girməyə icazə verilmir".

Alyautdinova görə, Rusiyada çoxarvadlılığı leqallaşdıran qanun bir sıra ailə və sosial problemləri həll etməyə imkan verəcək. Onun fikrincə, bu fətva demoqrafik vəziyyətə müsbət təsir göstərəcək.

Fətvanın xəbərindən dərhal sonra isə bir çox rusiyalı ekspertlər və ictimai xadimlər bu təşəbbüsün əleyhinə kəskin çıxış ediblər. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov vurğulayıb ki, Ruhani İdarəsinin qərarı əslində bütün ölkə vətəndaşları üçün məcburi olan qanunlara uyğun deyil, “şəriət qanunu ilə yaşanlara və digər Rusiya vətəndaşlarına” bölür.

“Hər şey xəbərdar etdiyimiz kimidir. Biz İslam bankçılığı (şəriət qanunlarına əsasən bank xidmətləri) və eyni dini qanunlara əsasən biznes fəaliyyətini leqallaşdırdıqdan sonra məlum oldu ki, bu, sadəcə başlanğıcdır. Məntiqə görə, bu fətvadan sonra növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi və şəriət məhkəmələrinin tətbiqidir” deyə, Kabanov “Telegram” kanalında yazıb.

“Müsəlman Ruhani İdarəsinin qərarı müsəlmanları qanundan üstün tutur”. İnsan Hüquqları Şurasının üzvü, “Regnum” xəbər agentliyinin baş redaktoru Marina Əhmədova belə deyib. "Ruhani administrasiya yavaş-yavaş qanunların relsindən çıxır və bunu şüurlu şəkildə etdiyi artıq aydındır" deyə, o bildirib.

Dövlət Dumasının Ailənin mühafizəsi və Uşaq Məsələləri Komitəsinin sədri Nina Ostanina da deyib ki, çoxarvadlılıq Konstitusiyanın nikahla bağlı maddələrini pozur: “Əgər bu çoxarvadlılıqdırsa, niyə poliandriya olmasın? Təklif qarşılıqlı olmalıdır. Bizdə də Konstitusiyaya görə qadın və kişi bərabərliyi var. Niyə qadınlara qarşı belə ayrı-seçkilik var? Demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün eyni şey doğrudur - bütün kişilər uşaq sahibi ola bilmir”, Ostanina qeyd edir.

Moskva Vəkillər Kollegiyasının üzvü İqor Baranov da deyib ki, hüquqi nöqteyi-nəzərdən Müsəlmanlar Ruhani İdarəsinin çoxarvadlılığa icazə fətvası açıq şəkildə Rusiya qanunvericiliyinə ziddir. Onun sözlərinə görə, Konstitusiyada, Mülki və Ailə məcəllələrində nikahın kişi ilə qadının birliyi olduğu təsbit edilib. Bu məsələyə müxtəlif rakurslardan baxmaq olar və hər bir halda Müsəlman Ruhani İdarəsinin qərarı Rusiyanın hüquq normalarına ziddir. Baranov qərarın peşəkar vəkilləri şoka saldığını da bildirib. Onlar hesab edirlər ki, bu, Rusiyanın Konstitusiya quruluşunun əsaslarını sarsıtmaq cəhdidir, çünki ailənin tərifi Konstitusiyada yazılıb.

Hüquqşünaslar xatırladırlar ki, Rusiya dünyəvi ölkədir. Heç bir dini qərar və ya sərəncam qanundan yuxarıda dura bilməz və ənənələr qanunda təsbit olunmuş normaların pozulmasına haqq qazandıra bilməz. Eyni zamanda, ən təhlükəlisi odur ki, dini liderlər dövlət qurumunun funksiyalarını öz üzərinə götürməyə çalışırlar. (Müsavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Dekabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri